Ermənilər qorxu içində: Qubernator hamını gizlənməyə çağırdı

DÜNYA
10:41 16.07.2020
5246
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərinə endirilən cavab atəşləri qarşı tərəfdə qorxu yaradıb.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan əhaliyə müraciə edərək onları gizlənməyə çağırıb: "Tavuş şəhərinin sakinləri, son dərəcə diqqətli olun, sığınacaqlarda gizlənin".

Qeyd edək ki, son günlər Azərbaycan ordusu onlarla erməni hərbçisini məhv edib, sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın olunub. O cümlədən düşmənin bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edilib. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet