"Ermənilər silahlanır - Azərbaycana dəstək olmalıyıq" - Fobers

"Ermənilər silahlanır - Azərbaycana dəstək olmalıyıq" -  Fobers
SİYASƏT
13:15 26.02.2016
7197
"Rusiyanın Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaratmağa başlaması, Ermənistandakı Rusiya hərbi bazasının gücləndirilməsi və ən nəhayət, Rusiyanın Ermənistana silah və hərbi texnika alması üçün 200 milyon dollarlıq güzəştli kredit ayırması ABŞ-ın maraqlarına, bizə dost və müttəfiq ölkələrin mənafelərinə təhlükədir. Ermənistanın silahlandırılması NATO üçün də təhdiddir"
ABŞ-ın dövlət katibinin sabiq müavini və Bəhreyndəki sabiq səfir, Birləşmiş Ştatların ən nüfuzlu siyasi analitiklərindən biri Adam Ereli The Forbes-da dərc etdirdiyi "Putin's Newest Satellite State" ("Putinin yeni satellit ölkəsi") məqaləsində belə yazıb.
A.Erelinin fikrincə, Rusiyanın Ermənistanda güclü hərbi komplekslər yerləşdirməsinə və Dağlıq Qarabağ münaqişəsində aqressiv mövqe tutan, Azərbaycan ərazilərinin 20 faizini işğal edən ölkəni silahlandırmağa davam etməsinə ABŞ adekvat reaksiya verməlidir.
"Birləşmiş Ştatların rəhbərliyi ən azı onu düşünməlidir ki, Rusiya Ermənistanı, NATO üzvü olan Türkiyə ilə həmsərhəd ölkəni "qəflətən" silahlandırmır. Son yarım il ərzində Rusiyadan Ermənistana hərbçilər, silah və hərbi texnikanın axını güclənib. Ermənilərə Rusiya istehsalı olan ən son model "Navodçik-2" və "Taxion" pilortsuz uçan aparatlar, Mi-24 döyüş helikopterləri, hətta "İsgəndər-M" ballistik raketləri verilib. Rusiya bu minvalla Ermənistandan yararlanaraq ABŞ və NATO-nun regiondakı maraqlarına ciddi zərbə vurmağa hazırlaşır. Belədirsə, ABŞ-ın strateji müttəfiqi və NATO üzvü olan Türkiyəyə qarşı belə aqressiv davranışı görərək niyə susuruq?! Rusiyadan silah və hərbi texnika alaraq aqressivliyini daha da artıran Ermənistanı niyə qətiyyətlə pisləmirik?!" - A.Ereli yazır.
Müəllifin fikrincə, İŞİD-lə qlobal mübarizədə ABŞ-ın ən önəmli müttəfiqlərindən olan Türkiyəyə qarşı belə təhrikedici addımlara Vaşinqton laqeyd qalmamalıdır.
"NATO-un hər hansı başqa üzv dövlətinin sərhədlərinin yaxınlığında Rusiya belə silahlandırma aksiyasını həyata keçirsəydi, ABŞ-ın qəzəbinin həddi-hüdudu olmazdı. Bəs belədirsə, onda niyə Türkiyə və Azərbaycana qarşı istifadə edilə biləcək silahların Ermənistana daşınmasına göz yumuruq? Niyə öz ərazisində Rusiyanın hərbi bazalarını yerləşdirən, rusiyalı hərbçilərin məskunlaşmasına az qala ideal şərait yaradan Ermənistanı tənqid etmirik?!
Rusiyanın hamilik etdiyi, daha da aqressivləşdirdiyi Ermənistan bölgədə ABŞ-ın çox önəmli, strateji müttəfiqləri olan Gürcüstan, Azərbaycan və Türkiyə ilə həmsərhəddir. Rusiya Ermənistanı silahlandırırsa, bu, NATO-nun qəlbinə yönəlmiş məkr xəncəridir. Belə şəraitdə Azərbaycana da dəstək olmalıyıq. ABŞ liderləri güc mövqeyindən danışmalı olduqları halda Rusiyanın davranışı ilə barışırıq. 20-ci əsrin tarici isə bütün bunların ABŞ üçün yaxşı qurtarmaya biləcəyini göstərir", - A.Ereli vurğulayıb.
Hazırda Rusiyanın Ermənistanda 5 mindən artıq hərbçisi və 2 bazası var.
2010-cu ildə iki ölkə arasında imzalanmış anlaşmanın şərtlərinə görə, Rusiyanın Ermənistandakı bazaları 2044-cü ilədək indiki statusda qalacaq, əvəzində isə Moskva Ermənistanı müasir silah və hərbi texnika ilə təmin edəcək.
Ermənistan paytaxtı Yerevandan 126 km aralıda yerləşən 102-ci bazadan Türkiyə sərhədinə olan məsafə sadəcə, 10 kilometrdir.
Məqalədə daha sonra bildirilir: "Vaşinqton onu da unutmamalıdır ki, bölgədə müttəfiqimiz olan, müstəqil siyasət yürüdən Azərbaycan Avropa Birliyinin enerjidaşıyıcılarnı təminatı məsələsində Rusiyadan asılılığının azaldılması istiqamətində ABŞ-ın ən etibarlı dostu, Vaşinqtonun bu yöndəki siyasətinin əsasıdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb