Ermənilərin açdığı atəş nəticəsində bu gün səhər saatlarında Tərtərdə daha bir mülki vətəndaş vəfat edib.
Bu barədə Tərtərin icra başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısının sözlərinə görə, erməni işğalçıları tərəfindən öldürülən şəxs 1995-ci il təvəllüdlü Həsənova Turanə Kamandar qızıdır. Kəlbəcərdən məcburi köçkün olan 21 yaşlı gənc Həsənbəyli kəndində yaşayırmış.
///qafqazinfo