Ermənilər üç rayonda atəşkəsi pozdular

Ermənilər üç rayonda atəşkəsi pozdular
SİYASƏT
11:11 17.06.2013
1419
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.Müdafiə Nazirliyinin mətbuat xidmətində verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
OXŞAR XƏBƏRLƏR