'Ermənilər öz təxribatçı əməllərindən əl çəkmək istəmirlərsə...' - Əli Əhmədov

10:19 05.04.2013
1323

Bir çox beynəlxalq təşkilatlar, ayrı-ayrı qurumlar və həmsədrlər müxtəlif zamanlarda Xankəndi aeroportunun açılmasının bütövlükdə Cənubi Qafqazda sülh prosesinə ciddi ziyan vuracağı barədə sərt bəyanatlar veriblər.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri YAP icra katibi Əli Əhmədov Asiya Siyasi Partiyalarının Qadınlar Qolunun Bakıda keçirilən ilk iclasında bildirib.O deyib ki, bu bəyanatlar kifayət qədər ciddidir və onların səslənməsi bütövlükdə erməni tərəfinin addığı addımların provakasyon xarakter daşıdığından xəbər verir.“Ermənilər öz təxribatçı əməllərindən əl çəkmək istəmirlərsə, bu onların dünya birliyinə meydan oxumaq niyyətlərindən xəbər verir. Digər tərəfdən, Azərbaycan və onun güclü mövqeyi də belə bir provakasiyanın ermənilər tərəfindən edilməsinin qarşısını almaq iqtidarındadır” – deyə, Ə.Əhmədov sözlərinə əlavə edib.

OXŞAR XƏBƏRLƏR