Ermənilər Türkiyə ilə sərhəddə meşəni yandırıblar.
AZXEBER.COM xəbər verir ki, yanğın Tuzluca rayonunun Turabi kəndinin Ermənistanla sərhədində baş verib.
İddialara görə, Ermənistan öz sərhədləri daxilində, Türkiyə sərhədinə yaxın qamışlıq və meşəliklərdə yaşayan donuzları qaçırmaq üçün yanğın törədib.
Nəzarətdən çıxan yanğın Ermənistan tərəfdəki meşə sahəsinin böyük hissəsini bürüyüb. Yanğından xilas olmaq istəyən donuzlar Araz çayını keçərək Türkiyə tərəfinə keçib. Donuzların sərhədi keçməsini lentə alan kəndlilər hadisəyə etirazlarını bildiriblər.
Yanğının böyüməsinə baxmayaraq, Ermənistan tərəfindən yanğına müdaxilə edilməyib. Türkiyə tərəfindən də kömək istənilmədiyi qeyd edilib.
Aydın
