Erməniləri "dost" adlandıran Günel Mövludun kitablarının satışına QADAĞA QOYULDU

Erməniləri "dost" adlandıran Günel Mövludun kitablarının satışına QADAĞA QOYULDU
SOSİAL
16:09 26.07.2020
1839
"Maksimum çalışıram ki, siyasi proseslərdən uzaq durum. Amma bu o demək deyil ki, vətəndaş mövqeyimi bildirməyim. Bəzən də kampaniyalara alət olmamaq üçün adam yan keçir. Amma etiraf edim ki, son hadisələrdə Sevinc Osmanqızının, Orduxanın, Tural Sadıqlının, Günel Mövludun çıxışları, vətəndaş parçalanmasına səslənişləri adamın əsəblərinə toxunur. Müxalifət kəlməsi mənim üçün önəmli ifadədir. Özüm də müxalif ruhluyam. Etiraz etmək, nə iləsə razılaşmamaq təbii haldır. Törəmiz var, evin içindəki söhbət evdə qalar. Ata-oğul, bacı-qardaş söhbətləri qonşulara gedib çıxırsa, bu ailə dəyərinin tapdalanmasıdır, o ki qala düşmənə”.

Bunu Hədəf STEM Liseyinin direktoru, dosent Şəmil Sadiq deyib.
 
Ş.Sadiq bildirib ki, adam satıla bilər, adam nifrət edə bilər, lap belə haqlı da ola bilər, amma düşmən dəyirmanına göz görə görə körük vermək şəxsiyyətsizlikdir: 

"Atamgil dörd qardaşdır, uşaq vaxtı onların tez-tez küsüb barışmaqlarının şahidi olmuşam. Nə qədər acıqlı olsalar da bir birlərinə, birinin ciddi problemi olanda, kiminləsə savaşanda hər şeyi unudub əvvəlki hallarına dönürdülər həmin dəqiqə. Dostlarımızın da arasında onları izləyən, videolarını qruplara ataraq, gördün necə düz deyir deyənləri də var. Bəzən də haqlı olurlar. Amma heç vaxt mənim üçün səmimi olmayıblar. Çünki qərəz hiss edirdim yanaşmalarında. Son hadisələr şəxsən mənim üçün onların iç üzünü bir daha göstərdi. Çox alçaqcasına hərəkət etdilər. O Günel Mövlud deyilən qızın statusu belə bunu göstərdi. 

Adam deyir ki, mən şiddət paylaşa bilmərəm. Amma özü şiddətin yetirməsidir. Yazıçı deyib bəhbəhlə tərifləyənlər də var, düzü bir ədəbiyyatçı kimi başa düşməyə çalışmışam. Amma adamda gərək abır həya ola. Linç olunası şəxslərdir hamısı, onları bundan sonra bağışlamaq belə günahdır. Gücüm çatan bir odur ki, "Kitabevim.az”da Günelin kitablarının satışına, əgər varsa, qadağa qoyum. Tərbiyə, abır, həya başqa şeydir. Postmodernist qardaş bacılar isə onları oxumağa davam etsin.

Emin Sadiqov bəy, təcili bu əbləhin kitablarına yox de, satışı varsa, elə indidən siyahıdan çıxar. Höküməti sevməyə bilərsən, bu sənin öz siyasi düşüncəndir, xalqının yanında olmağı ar bilirsən, qorxursansa, bu şərəfsizlikdir. Madam ki, bu millətin nümayəndəsi olmağına utanırsan, Azərbaycan sosial şəbəkəsindən də rədd ol, get özünə başqa qucaq axtar. Onları dostluğunuzdan çıxarmağı, bloka atmağı, ümumiyyətlə, görməzdən gəlməyi təklif edirəm. Söyüşlərimizdən qidalanmaqlarına belə imkan verməməliyik!”
 
G.Mövlud isə Ş.Sadiqə belə cavab verib: 

"İnsanları sülhə, dinc yaşayışa səslədiyi üçün bir yazıçının kitabının satışını dayandıran, qadağa qoyan kitabevim.az-ı baykot etməyə çağırıram sizi!”
 
///Demokrat.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı