Ermənilərin Azərbaycan əleyhinə təklifi rədd edilib

Ermənilərin Azərbaycan əleyhinə təklifi rədd edilib
SİYASƏT
20:58 07.11.2017
1411
Azərbaycan parlament nümayəndə heyəti Avronest PA-nın növbəti sessiyasında iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyevdə səfərdə olub.
 
Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlardan Məlahət İbrahimqızı, Rövşən Rzayev, Ağalar Vəliyev, Rauf Əliyev və Fərəc Quliyev daxil olublar.
 
Sessiya çərçivəsində Avronest Parlament Assambleyasının Siyasi məsələlər, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi və Sosial məsələlər komitələrinin iclasları keçirilib.
 
Təşkilatın Siyasi komitəsininiclasında F.Muradov, Rövşən Rzayev və Fərəc Quliyev Ermənistanın işğalçılıq siyasətinə dair çıxışlar ediblər.
 
F.Muradov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda sülhün və sabitliyin təmin olunmasına maneə törətdiyini bildirib, habelə beynəlxalq təşkilatları, o cümlədən Avropa İttifaqını münaqişənin beynəlxalq hüquq çərçivəsində və ədalətli həllində daha fəal olmağa çağırıb.
 
Ermənistanın işğalçılıq siyasətinə qarşı təzyiqin artırılmasının vacibliyi vurğulanıb, münaqişənin sülh yolu ilə həllində irəliləyişin müşahidə olunduğu zaman Ermənistan hakimiyyətinin daim təxribatlara əl atdığı qeyd edilib.
 
R.Rzayev Siyasi komitənin hesabatı barədə iştirakçılara məlumat verib və öz fikirlərini paylaşıb. O, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi barədə dörd qətnaməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb və həmin konfliktin həllinin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipi əsasında mümkün olacağını vurğulayıb.
 
F.Quliyev də eyni məzmunlu məruzə ilə çıxış edib və Avronest Parlament Assambleyasının bütün sənədlərində Gürcüstan, Moldova və Ukrayna ərazilərinin Rusiya, Dağlıq Qarabağın isə Ermənistan tərəfindən işğal olunduğu faktlarının əks olunmasını təklif edib, eləcə də işğalçı qoşunların həmin ərazilərdən dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edib.
 
Siyasi komitədə qəbul edilən Hesabatdan ermənilərin Azərbaycan əleyhinə təklif etdiyi bütün maddələr çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı