Ermənilərin Dağlıq Qarabağdakı hərbi hissəsində güclü partlayış — Ölən və yaralılar var

Ermənilərin Dağlıq Qarabağdakı hərbi hissəsində güclü partlayış — Ölən və yaralılar var
SİYASƏT
21:00 04.11.2017
1589
Bu gün Ermənistan ordusunun hərbi hissələrinin birində güclü partlayış baş verib.
 
AZXEBER.COM olke.az-a istinadən məlumatına görə, hadisə noyabrın 4-də, saat 12.10 radələrində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrindən birində qeydə alınıb.
 
Partlayış nəticəsində erməni əsgərlərindən biri ölüb, 2 nəfər ağır yaralanıb. Ölən hərbçi, 1997-ci il təvəllüdlü Qrant Manqasaryandır. Yaralılar isə Qevork Xusnunts və Sergey Alumyan ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
 
Partlayışın hansı səbəbdən baş verməsi barədə məlumat verilməyib. Faktla bğalı cinayət işi başlanıb, araşdırma aparılır.
 
Qeyd edək ki, son dövrlər erməni hərbçiləri arasında hərc-mərclik, qarşıdurma sürətlə davam edir. Bundan əlavə, hərbçilərin qeyri-peşəkar davranışları faciələrə səbəb olur. Bu və digər səbəblərdən də, Ermənistanda hərbi xidmətdən yayınma halları çoxalıb.
OXŞAR XƏBƏRLƏR