'Ermənilərin əmanətləri ilə bağlı problem yoxdur'

Bütün Xəbərlər
14:34 17.03.2012
1322

SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılması vaxtı ilə Azərbaycan SSR-də yaşayan və sonradan buranı tərk etmiş ermənilərlə problemlərin yaranmasına səbəb olmayacaq. Bunu millət vəkili Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin köhnə əmanətlərin qaytarılması ilə bağlı imzaladığı fərmanda deyilir ki, əmanət almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidir: “Yəni, bütün Azərbaycan vətəndaşları pullarını ala biləcəklər. İndi artıq məlumdur ki, Qarabağ münaqişəsi ərəfəsində Azərbaycanda yaşayan erməni əhalisinin əksəriyyəti həmin əmanətlərini alıb buradan çıxmışdılar. Buna görə də onların əmanətləri ilə bağlı elə bir problem yoxdur”.

Millət vəkilinin sözlərinə görə, vaxtı ilə Ermənistanda yaşamış və münaqişə zamanı tarixi torpaqlarından çıxarılmış azərbaycanlılar da SSRİ dövründə Ermənistan Əmanət Bankına qoyduqları əmanətlərini ala bilməyiblər: “Həmin vətəndaşlar əmanətlərini ala bilməyəcəklər, bəs onların günahı nədir?”.

//APA

OXŞAR XƏBƏRLƏR