Ermənilərin Gəncəyə raket hücumundan qurtulan oğlan Türkiyədəki zəlzələyə qurban getdi - VİDEO

Ermənilərin Gəncəyə raket hücumundan qurtulan oğlan Türkiyədəki zəlzələyə qurban getdi - VİDEO
SOSİAL
16:28 15.02.2023
192
Baku TV Gəncədə Türkiyədə zəlzələ nəticəsində həyatını itirən Şahin Vəliyevin evində olub.

Anası Esmira Hüseynova bildirib ki, Ş.Vəliyevin cənazəsinin dağıntılar altından çıxarıldığını sosial şəbəkədən öyrənib:

"Qardaşıma zəng elədim, mənə bircə meyit göstərdi, ağladı. Başqa heç nə”.

Babası Abbasqulu Hüseynov bildirib ki, Ş.Vəliyev universitetdən buraxılmışdı:

"Dedim, ay bala, gəl, dedi ki, "baba, qalmağa yer yoxdur, hara gəlim”. Mənim yerim olsa idi, uşaq gəlib qalardı, başıma da bu iş gəlməzdi”.

Qeyd edək ki, 2020-ci il oktyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində Ş.Vəliyevin də evi dağılıb. Tamamilə dağılan evdə tikinti işləri hələ yekunlaşmayıb. Yas mərasimi həmin evdə təşkil edildiyi üçün artıq hazırlıq işlərinə başlanılıb.
 


OXŞAR XƏBƏRLƏR