Ermənilərin İŞİD-lə əməkdaşlığı üzə çıxdı

Ermənilərin İŞİD-lə əməkdaşlığı üzə çıxdı
SOSİAL
14:07 16.05.2016
2729
Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların işğal altında Azərbaycan ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır.
Region TV-nin yaydığı xəbərə görə, son vaxtlar isə İŞİD teror qruplaşması çirkli bomba hazırlamaq üçün bu stansiyadan yararlanmaq istəyir. Ermənistanın radiaktiv maddələri satmaq üçün İŞİD-lə əlaqəyə girməsi barədə məlumatlar var.
Ermənilər "Metsamor" AES-də istifadə edilən uran üçün bahalı müştəri tapıblar. PKK-nın vasitəçiliyi İlə İŞİD-lə əlaqə saxlayan Ermənistan, çirkli bomba hazırlamaq üçün terrorçulara hava – su kimi lazım olan bu maddənin satışını təşkil etməyə çalışır.
Politoloq Qabil Hüseynli: “İstifadə edilmiş uranın İŞİD-ə göndərilməsinə cəhd göstərirlər. Onlar terroçularla danışıb, uranı onlara satmaq istəyirlər. Bu əlaqə PKK vasitəsilə qurulur. Bu məsələləri nə dərəcə həll edə biliblər, araşdırmada məlum olur. Çünki IŞID-də çirkli bombalardan danışır, eyni vaxtda Ermənistan da. Demək ki, əlaqə qura biliblər".
Onu da deyək ki, Ermənilərin uranın qaçaqmalçılıq yolu ilə satarkən yaxalanması barədə 1999-cu ildən bəri 12 fakt qeydə alınıb. Ukraynanda, Gürcüstan – Türkiyə, Ermənistan - İran, ən çox da Ermənistan-Gürcüstan sərhəddində yaxalanan ermənilərin uran satmaq cəhdlərinin qarşısı dəfələrlə alınıb.
Qabil Hüseynli deyir ki, sonuncu fakt Gürcüstandan dəyəri 200 milyon dollar olan uranın keçirilməsi olmuşdu: “Bunu gürcü xüsusi xidmət orqanları yaxaladılar. Ötən il İrana çox böyük məbləğdə saflaşdırılmış uranı ötürərkən saxlanmışdılar. Bu maddələr terrorçuların əlinə keçsə, kütləvi qırğınlar baş verə bilər".
Elə ötən ay Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin saxladığı üç Ermənistan vətəndaşı 200 qram Uranı satmaq cəhdinə görə həbs edildi. Müəyyən olundu ki, onlar əvvəllər "Metsamor" AES-də işləyiblər.
İndi nüvə silahlarının yeni, tez başa gələn, asan daşına bilən növləri meydana çıxıb. Buna çirkli nüvə silahı deyilir. Bu silahısa atom bombasından fərqli olaraq tək saflaşdırlmış urandan yox, ermənilərin satmağa çalışdığı çirkili radioaktov maddələrdən də hazırlamaq mümkündür. Və yenidən qayıdaq İŞİD-in bəyanatalarına. Terorçular dünyanı daşına bilən nüvə silahları ilə hədələyir. Ermənistansa eyni hədəni Azərbaycana qarşı edir.
Dünya diqqət yetirsə, Metsamor AES-in region ölkələri üçün yox, bütün dünya üçün təhlükə mənbəyi olduğunu görər. Bu istismar müddəti çoxdan başa çatmış, seysmik zonada yerləşən stansiya indi terrorçular üçün radiaktiv maddələr çevrilir. Buna reaksiya verməməksə, açıq qlobal təhlükəyə göz yummaq deməkdir. Görək, dünya yenə gözünü yumacaqmı?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
14:45 08.07.2025
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi