Ermənilərin lavaşla bağlı istəyi də baş tutmadı - VİDEO

MƏDƏNİYYƏT
15:50 02.12.2016
5179
Bir neçə ildir ki ermənilər lavaşı mənimsəyib erməni çörəyi kimi tanıtmaqa çalışırdılar. Amma onların bu cəhdinin qarşısı alınınb və lavaş dünya çapında öz təsdiqini tapıb.
 
Belə ki, Azərbaycanın təşəbbüsü ilə 4 ölkə lavaşı YUNESCO-ya təqdim edib və lavaş YUNESCO-nun qeyri maddi mədəni irs üzrə representativ siyahısına daxil edilib. "Gəldi lavaş- bitdi savaş” kimi atalar sözləri lavaşın qədim türk xalqlarına mənsubluğunun bir nümünəsidir. Ermənilərin ənənələrinə sadiq qalaraq digər xalqaların mədəniyyətinə göz dikib lavaşı da erməniləşdirmək istəyi isə elə istək olaraq qaldı.
 
Mədəniyyət və turizm naziri ƏBÜLFƏZ QARAYEV: "Onların bütün ölkələrdə tətbiq edilən çörək bişirmə qaydalarına sıçrayış nəzərdə tuturdular ki, bu ənənə erməni ənənəsi kimi qəbul olunsun. Yuxa və lavaş bişirmə ənənəsi beynəlxalq ənənə kimi qəbul olundu və Azərbaycanın adı orda birinci gedir”. Milli kulinariya mərkəzinin rəhbəri Tahir Əmiraslanov bildirir ki, bədnam qonşularımızın lavaşı erməniləşdirmək üçün elmi əsası yoxdur.
 
Erməni alimi belə öz tədqiqatlarında lavaşın erməni çörəyi olmadığnı deyib. "Bu, regional cörəkdir və daha çox türk ölkələrin adı ilə keçib. Bu, bizim çorəkdir ermənilərin deyil. XI əsrdə Elşad Əlinin təqqiqatlarına görə 6 kitab çıxıb erməni fransiz luqəti, və digər kitablarda lavaş adına rast gəlinmir”.
 
Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanın YUNESKO-ya təqdim etdikləri lavaş çörək bişirmə ənənəsi "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
 
CBC telekanalının mövzu ilə bağlı süjetini təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR