Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO
SOSİAL
15:06 24.11.2020
512

ABŞ-da fəaliyyət göstərən Harvard İncəsənət Muzeylərinin (Harvard Art Museums) veb-saytında rəqəmsal kolleksiyalar bölməsində Qarabağ xalçasının erməni mədəniyyəti kimi təqdim olunması barədə Mədəniyyət Nazirliyinə müraciət daxil olub.

Mədəniyyət Nazirliyi tərəfindən Harvard İncəsənət Muzeyləri şəbəkəsinin veb-saytındakı rəqəmsal kolleksiyalar bölməsində yer alan həmin "Talış xalçası”nın (Eksponat nömrəsi: 1958.169) toxunulduğu məkanın artıq "Azərbaycan” olaraq düzəldildiyi məlum olub.

Məsələ ilə bağlı Harvard İncəsənət Muzeyləri şəbəkəsi ilə əlaqə saxlanılmış və muzeyin rəqəmsal kolleksiyalarında səhvən erməni mədəniyyəti nümunəsi kimi təqdim olunmuş 1860-ci illərə aid olan "Talış xalçası”nın toxunduğu məkan bölməsində müvafiq düzəliş olunduğu üçün qarşı tərəfə təşəkkür edilib.

Harvard İncəsənət Muzeylərində qorunan bu "Talış xalçası”nın Azərbaycanda toxunduğu, XIX əsr Azərbaycan mədəniyyəti nümunəsi olduğu və Ermənistanla heç bir əlaqəsi olmadığı qarşı tərəfin bir daha diqqətinə çatdırılıb. Əlavə olaraq, həmin xalçanın mənşəyi barədə tarixi arayış elektron poçt vasitəsilə Harvard İncəsənət Muzeylərinə göndərilib.

Məlumat üçün qeyd edək ki, Qarabağ qrupu xalçalarının bədii kompozisiyasını nəbati elementlər, müxtəlif heyvan və quş təsvirləri, həndəsi motivlər təşkil edir. Harvard İncəsənət Muzeyinin kolleksiyasında qorunan həmin Qarabağ xalçası dünyada "Talış xalçası” kimi tanınır.

Görkəmli alim, sənətkar, xalça ustası, Azərbaycan Milli Xalça Muzeyinin qurucusu, üç cildlik "Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimovun təsnifatına görə, bu xalça məhz Azərbaycan xalçalarının Qarabağ tipinə aiddir.

Eyni zamanda, qarşı tərəfə bu ilin noyabr ayında "Azərbaycanın ənənəvi xalçaçılıq sənəti”nin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10-cu ildönümü olduğu barədə məlumat verilmişdir.

Harvard İncəsənət Muzeylərində qorunan xalçaların atribusiyasının aparılması ilə bağlı hər zaman əməkdaşlıq etməyə hazır olduğumuz qarşı tərəfə bildirilmişdir.

Qeyd edilməlidir ki, dünya muzeylərində saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması, atribusiyanın aparılması prosesi bugün də davam etdirilməkdədir.

2017-ci ildə Londonun "HALİ Publications Ltd.” nəşriyyatı tərəfindən dərc olunan "Qafqazın ulduzu: Azərbaycan ipək tikmələri” (orijinalda "The Stars of Caucasus: Silk Embroideries from Azerbaijan”) kitabı tikmələr haqqında müfəssəl informasiyanı və əvvəllər araşdırılmamış eksponatların fotolarını özündə əks etdirən ilk akademik nəşr olub. Həmçinin, "Azərbaycan inciləri dünya muzeylərində” kitabının nəşr olunmasını da bu istiqamətdə görülən ən mühüm işlərdən biri hesab etmək olar.

Azərbaycan xalçaçılıq sənətinin inkişafı və beynəlxalq arenada tanıdılması, dünya muzeylərində qorunub saxlanılan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi, xarici auksionlarda satışa çıxarılan xalçalarımızın alınaraq vətəninə geri qaytarılması istiqamətində də işlər davam etdirilir.

Fransanın Luvr muzeyi və Böyük Britaniyanın Viktoriya və Albert Muzeyi, Britaniya muzeyi və digər muzeylər ilə Mədəniyyət Nazirliyi və nazirliyin aparıcı muzeylərinin əməkdaşlığı bu çərçivədə atılan mühüm addımlardandır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO