Ermənistanda hakimiyyətdə olan rəsmilər ölkə iqtisadiyyatında guya dirçəliş baş verməsi, işsizliyin sayının getdikcə azalması, əhalinin sosial vəziyyətinin yaxşılaşması haqda ağızdolusu danışıb dünya ictimaiyyətinə yalan məlumatlar vermələrinə baxmayaraq, faktlar tamamilə bunun əksini deyir.Hətta iş o yerə çatıb ki, güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə nəşr olunan “Ermənistan xəbərləri” jurnalı da ölkədə movcud real həqiqətləri etiraf etməyə məcbur olub.“AzərTAc”ın Fransadakı xüsusi müxbiri xəbər verir ki, jurnalın 21 mart tarixli nömrəsində dərc olunan “Ermənistanda gənclərin 60 faizi işsizdir” sərlövhəli məqalədə qeyd olunur ki, ölkə rəhbərliyinin işsizliyin azaldığı baradəki pafoslu məlumatına baxmayaraq, bu sahədə acınacaqlı vəziyyət mövcuddur, işsizlik azalmaq əvəzinə getdikcə artmaqdadır.