“Ermənilərin qətlə yetirdiyi uşaqların xatirəsinə abidə qoyulsun”

“Ermənilərin qətlə yetirdiyi uşaqların xatirəsinə abidə qoyulsun”
Siyasət
10:59 27.04.2016
1231
Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırıma dünya miqyasında ikili standartlarla yanaşılması ilə bağlı maraqlı təhlil və müqayisə aparıb. E.Behbud yazır:
- II dünya müharibəsi illərində Almaniya ordusu Praqanın 20 kilometrliyində yerləşən Lidiçe qəsəbəsinin 105 azyaşlı sakinindən 82-sini qaz kamerasında məhv edib. Hadisənin üzərindən cəmi 3 il keçəndən sonra Lidiçedə sözügedən faciənin məsum qurbanlarının xatirəsini əbədiləşdirən muzey yaradılıb. Bir müddət sonra isə qətlə yetirilən uşaqların xatirəsinə aşağıda şəklini paylaşdığım abidə ucaldılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanan dövrdən rəsmi İrəvanın azərbaycanlılara, o cümlədən günahsız körpələrə qarşı həyata keçirdiyi vandalizm aktlarının, qətlə yetirdiyi uşaqların sayının miqyası və mahiyyəti heç də faşizmin bu mövzuda buraxdığı izlərdən az ağrıdıcı deyil.
1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib ki, onların da 23-ü uşaqdır. Ancaq şahidlər öldürülən uşaqların sayınını daha böyük olduğunu deyirlər.
1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq fidanları qətlə yetiriblər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər açıblar.
1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnib.
Müharibənin ilk illərində Kəlbəcərdə 8 uşaq - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucovun (7 yaş) vəhşicəsinə qətlə yetirilib.
Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaqıydı. Ermənistan ordusu 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovu, Tovuzda isə 13 yaşlı Aygün Şahmalıyevanı qətlə yetirib.
Ermənistanın mülki əhalini, xüsusi ilə məsum körpələri qəddarcasına qətlə yetirməsinin qısa statistikası rəsmi İrəvanın cinayətkar hakimiyyətinin və ümumi ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır.
Ancaq təəssüflər olsun ki, hələ də Qarabağda qətlə yetirilən fidan körpələrin xatirəsinə xüsusi abidə ucaldılmayıb (bildiyim qədər). Çox yaxşı olardı ki, Bakıda və ölkənin bir neçə iri yaşayış məntəqəsində (Gəncə, Lənkəran, Naxçıvan və s.) Ermənistanın Qarabağda vəhşicəsinə qətlə yetirdiyi uşaqların xatirəsinə abidə ucaldılsın və onların ziyarət edilməsi rəsmi pratakola daxil olunsun.
Bu tip addımlar düşünürəm ki, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünün və təxribatının hər gün Azərbaycan ərazisində və insanların faktiki yaşadığı kənd və qəsəbələrdə hiss edilməsinə baxmayaraq rəsmi İrəvanın həyasızcasına və mütamadi şəkildə dünyaya "mələk" obrazında mesajlar verməsinin də təsirini azaltmış olardı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama