"Ermənilərin "Qızılbulaq" yatağından qanunsuz istifadəsi ilə bağlı məhkəməyə müraciət ediləcək"

"Ermənilərin "Qızılbulaq" yatağından qanunsuz istifadəsi ilə bağlı məhkəməyə müraciət ediləcək"
SİYASƏT
15:51 13.12.2022
218
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Qızılbulaq" yatağından qanunsuz istifadə ilə bağlı məhkəməyə müraciət edə bilər.

AZXEBER.COM xəbər verir ki, bunu "APA-Economics”ə eksklüziv açıqlamasında "Anglo-Asian Mining Plc." Şirkətinin maliyyə direktoru İlham Xəlilov deyib.

O bildirib ki, məsələ ilə bağlı mütləq şəkildə beynəlxalq məhkəməyə müraciət edilməsi nəzərdə tutulur: "Bununla bağlı Azərbaycan hökumətinin, yoxsa birbaşa "Anglo-Asian Mining”in iş qaldıracağı hələlik dəqiqləşməyib. Eyni zamanda, ziyanın həcmi ilə bağlı dəqiqləşmələr aparılmalıdır. Amma hələlik orada araşdırma aparılmasına imkan verilmir".

İ.Xəlilov əlavə edib ki, siyasi məsələlər öz həllini tapdıqdan sonra şirkət "Qızılbulaq" və onun yuxarı hissəsində yerləşən "Dəmirli" müqavilə sahəsində kəşfiyyat işlərinə başlayacaq.

Qeyd edək ki, "Qızılbulaq" Müqavilə Sahəsi Rusiya sülhməramlılarının Qarabağda nəzarət etdikləri Ağdərə ərazisində yerləşir. Müqavilə sahəsi "Dəmirli" mis-molibden yatağının qızılla zəngin olan hissəsidir. Buradan ermənilər tərəfindən ildə 35 min unsiyaya qədər (təxminən 1 ton) qızıl hasil edildiyinə dair məlumatlar var. Qızılın yerin səthindən çıxarılması ciddi ekoloji və digər törəmə fəsadlar yaradır.

Xatırladaq ki, dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları bunu nəzərə alaraq Rusiya sülhməramlılarının rəhbərliyi ilə görüşüb ərazidə monitorinq aparmaq istəsələr də onlara əraziyə baxış keçirməyə imkan verilməyib. Ötən gündən etibarən isə eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirirlər.

Məlumat üçün deyək ki, "Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. "Qızılbulaq" da müqaviləyə daxil edilən yataqlardan biridir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
17:19 17.03.2025
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
17:18 17.03.2025
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
17:16 17.03.2025
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
17:15 17.03.2025
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
17:13 17.03.2025
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
17:11 17.03.2025
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
17:08 17.03.2025
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
17:07 17.03.2025
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
17:06 17.03.2025
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm
17:05 17.03.2025
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm
Bakıda kişi restoranda iftar zamanı öldü
16:48 17.03.2025
Bakıda kişi restoranda iftar zamanı öldü
"Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb"
16:42 17.03.2025
"Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb"
"Çayxanalarda vaxt keçirməkdənsə, burada faydalı işlə məşğuluq" - Bu gənclər sizi təəccübləndirəcək
16:37 17.03.2025
"Çayxanalarda vaxt keçirməkdənsə, burada faydalı işlə məşğuluq" - Bu gənclər sizi təəccübləndirəcək
Türkiyədə silahlı hücum baş verdi
16:35 17.03.2025
Türkiyədə silahlı hücum baş verdi
Məleykə Abbaszadədən çağırış - AYB üzvlərini dil imtahanlarından keçsin
16:22 17.03.2025
Məleykə Abbaszadədən çağırış - AYB üzvlərini dil imtahanlarından keçsin
Bakıda keçmiş “Şuşa” restoranının yerində park salınır
16:17 17.03.2025
Bakıda keçmiş “Şuşa” restoranının yerində park salınır