Ermənilərin Rusiyadan evə göndərdiyi pulun miqdarı açıqlandı

Ermənilərin Rusiyadan evə göndərdiyi pulun miqdarı açıqlandı
DÜNYA
11:00 18.02.2014
1190
Ermənistan əmək miqrantlarının Rusiyadan evə göndərdiyi vəsaitlərin toplam miqdarı ildə təxminən 2 milyard dollara çatır.ANS PRESS-in məlumatına görə, “News.am” saytının araşdırmasına görə, həmin pulun 1,6 milyard dolları bank sistemi ilə, qalan 400 milyon dolları isə nağd şəkildə gətirilir. Bütünlükdə isə bank yolu ilə ölkəyə 1,87 milyard dollar daxil olur.Əhali Rusiyadan və başqa ölkələrdən əmək miqrantlarının göndərdiyi pulun bir hissəsinin əmanət kimi banklara yerləşdirirlər ki, bu da təxminən ildə 1,3 milyard dollara bərabərdir.Rusiyadan və başqa ölkələrdən əmək miqrantlarının göndərdiyi vəsaitlər Ermənistan iqtisadiyyatına böyük dəstəkdir. Əslində Ermənistan əhalisi demək olar ki, bu vəsaitlərlə dolanışığını qurur. Çünki bu göstəriсi Ermənistan xarici ticarətində yaranmış mənfi saldoya təxminən bərabərdir. 2013-cü ildə mənfi saldo 2,78 milyard dollar təşkil edib.
OXŞAR XƏBƏRLƏR