Türkiyənin müxalifətyönlü Cümhuriyyət Xalq Partiyası İstanbul meri vəzifəsinə Mustafa Sarıgölün namizədliyini irəli sürüb.
Bu barədə ABŞ-a səfəri zamanı partiyanın lideri Kamal Kılıcdaroğlu məlumat verib.AZXEBER.COM Türkiyənin “OdaTV” saytına istinadən xəbər verir ki, bir sıra görüşlər keçirtmək üçün ABŞ-da səfərdə olan partiya lideri onların rəhbərlik etdiyi partiyanın nümayəndəliyinin açılış mərasimində iştirak edib.Mərasim zamanı o bildirib ki, İstanbul şəhər merliyinə partiyanın irəli sürəcəyi namizəd məlumdur, bu, hazırkı Şişli meri Mustafa Sarıgöldür.Qeyd edək ki, Mustafa Sarıgöl İstanbulda erməni kilsə və məktəblərinin, həmçinin milli azlıqların fəaliyyətinin bərpasına göstərdiyi köməkliyə görə Erməni Konstantinopol Patriarxlığının patriarx Ovanes Kolot adına xüsusi medalına layiq görülən ilk türk meridir.“Mən sizi çox sevirəm”, - deyə Mustafa Sarıgöl erməni dilində bildirmişdi.