Ermənilərin son günlər ən çox oxuduğu Azərbaycan portalı hansıdır?

Ermənilərin son günlər ən çox oxuduğu Azərbaycan portalı hansıdır?
KÖŞƏ
21:50 12.12.2011
2642

Bir neçə gün əvvəl oxucusu olduğum “Gulustan.Ws” portalının sayğacına nəzər yetirdikdə diqqətimi çəkən bir faktla rastlaşdım. Belə ki, portalın oxucularının əsasən hansı ölkələrdən olduğunu nümayiş etdirən sayğacın statistikası Gulustan.ws saytının oxucularının böyük hissəsinin Rusiyadan olduğunu göstərirdi. Günü-gündən inkişaf edən Azərbaycan internet mediasının əksər nümayəndələrinin öz reytinqini və inkişaf səviyyəsini Facebookda “like” siyahısıyla ölçüb fəxr etdiyi halda, Azərbaycanda sadəcə öz işi ilə peşəkar şəkildə məşğul olub, reyting sayağacını açıq şəkildə göstərən və oxucularının əsas hissəsi xaricdən olan bir saytın mövcudluğu düzü həm ürəkacan, həm də çox maraqlı idi. Bu məsələni araşdırmaq və ətraflı məlumatlar əldə etmək məqsədilə Gülüstan.ws saytının sahibi, Azərbaycanda KİV və PR texnologiyalar üzrə ekspert olan Əli Hacızadəyə müraciət etdim.

Oxucuların əksəriyyəti Rusiyada yaşayan ermənilərdir.

Əli müəllim bidirdi ki, Gulustan.ws portalı əsasən Rus dilində fəaliyyət göstərir. Bununla yanaşı portalın tərkibində Azərbaycan, Fransız, İngilis dili bölmələri də mövcuddur. Portalın oxucu statistikasına gəldikdə isə, oxucuların əsas hissəsini Rusiyadan daxil olan ziyarətçilər təşkil edir. Amma apardığımız araşdırmalar göstərib ki, Rusiyadan olan oxucuların əsas hissəsi milliyətcə Ermənilər, daha sonra Ruslar və müəyyən qədər az hissəsini isə Rusiyada yaşayan Azərbaycanlılardır. Ümumilikdə isə Ermənistandan da daxil olan çoxlu oxucu kütləsi vardır.

Gulustan.ws anti-erməni saytıdır?

Erməniləri bu portalın oxucusu olmağa cəlb edən əsas səbəb, Azərbaycan-Ermənistan münaqişəsinə dair çoxlu məlumatların olması və tez-tez yeni yazıların yerləşdirməsidir. Bir çox Erməni dairələrində GuLustan.Ws anti erməni saytı kimi tanınır.

Gulustan.Ws in fəaliyyəti sizi qane edirmi?

Əslində hesab edirəm ki, Gulustan.Ws lazımınca güclü fəaliyyət göstərmir. O, öz potensialının cəmi 10-20%ni nümayiş etdirə bilib. Bu isə ondan qaynaqlanır ki, mənim başqa işlərim də var və bütün gücümü, intelektimi ona yönləndirməyi zaman baxımından çatdırmıram.

Bu portalın digər rusdilli Azərvaycan KİV nümayəndələrindən asas fərqi nədir?

Bir neçə mövzular var ki, Gulustan.Ws əksər yerli reytinqli KİV orqanlarını böyük fərqlə üstələyir. Bunun əsas səbəbi isə ondadır ki, yayımlanan xəbərlər arasında unikal, heç bir yerdə yayımlanmayan məlumatlar olur. Digər əsas səbəb isə operativlikdir. Azərbaycanda şənbə gününün birinci hissəsi yəni, gecə KİVlərə daxil olan məlumat, ən yaxşı halda bazar ertəsinin ikinci yarısı yəni günorta radələrində yayımlanır. Gulustan.Ws də isə şənbə gününün birinci yarısı mənə verilən məlumat ən gec halda, şənbə günü axşam yayımlanmış olur və nəticədə, beynəlxalq axtarış sistemində hansısa mövzu haqqında atarış verdikdə o ilk nəticələr arasında görsənir.

 Bu fikrinizi oxucular üçün necə təsdiqləyə bilərsiniz?

 Məsələn Rusiya vətəndaşı, Avtovaz yəni Lada şirkətinin satış meneceri Sergey Gurciyan Azalın Moskva-Bakı reysinə buraxılmamışdı və bu haqda o öz blogunda geniş şəkildə yazmışdı onun yazılarını isə aparıcı Rusiya KİV – ləri yaymaqda idi. Həmin an isə bizim KİVlər sözün əsl mənasında yatırdı. Mən isə tənbəllik etməyib, Bazar günü ofisə gəldim, bu haqda yazdım, məlumata axtarışı nəzərə alaraq ad seçdim və yayımladım. Nəticədə, bu mövzu haqqında beynəlalq internet axtarış sistemində axtarış verildikdə, Gulustan.Ws ikinci və ya üçüncü göstərilirdi. Sevindirici hal idi ki, həmin gün bu mövzu haqqında yayımlanan 20-30 məqalə arasında Azərbaycan mediasından bir yazı var idi ki, Azərbaycanlı tərəfindən yazılmışdı. Bizim KİVlər isə bu məsələ haqqında 2-3 gün sonra xəbərdar oldular hansı ki, artıq çox gec idi. Belə hallar bir neçə dəfə baş verib.

Sonda isə həm Gulustan.ws-ın oxucusu həm də jurnalist kimi Gulustan.Ws kollektivinə və Əli Hacızadəyə fəaliyyətlərində ugurlar arzu edir, müsahibə üçün minnətdarlığımı bildirirəm.

Nura Bloger

OXŞAR XƏBƏRLƏR