Ermənilərin təxribatçı qrupu məhv edildi – FOTOLAR

SİYASƏT
11:00 06.03.2015
1642
Ordumuzun çavuşu yaralandı.
Martın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.
Azərbaycan Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.
Döyüşdə bir hərbi qulluqçumuz çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb.
OXŞAR XƏBƏRLƏR