Qısaca xatırladım ki, 26 fevral tarixində Fransa Milli Assambleyasında 1988-ci ildə Sumqayıt hadisələri ilə əlaqədar tədbir keçirilib və tədbirdə iki azərbaycanlı tələbə iştirak edib. Toplantıda iştirak edən həmyerlilərimiz haqlı olaraq bu hadisələrdə həlak olanları sükutla yadd etməyiblər və Paris-06 Universitetinin məzunu Mirvari Fətəliyeva “Bu gün Xocalı soyqırımı günüdür, mən ancaq Xocalı qurbanları üçün ayağa qalxıram” deyib. Nəticə isə hər kəsə bəllidir, həmyerlilərimiz öz fikirlərini bildirdiklərinə görə Avropanın ən “sivil” ölkələrindən sayılan Fransada vəhşicəsinə döyülüblər.
Bəli, bu hadisə hansısa Afrika və ya Asiya ölkəsində deyil, Avropanın ən böyük ölkəsi, dünyaya demokratiya dərsi keçən Fransanın mərkəzində yaşanıb. Əlbəttə ki, bu hadisə hansısa başqa bir ölkədə olsaydı, həmin an beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri danışmaq üçün, həmin ölkəni tənqid hətta təhqir etmək üçün növbəyə düzülərdilər. İndi isə hər kəs susur. Çünki bu insanlar öz gözündə çöpü görməyib, başqasını kor adlandırandılar. Nə qədər qərbə olsa da, bu məsələdə Avropa mediası da susqunluq göstərir. Azərbaycanda baş verən hansısa neqativ halı bəh-bəhlə manşetinə daşıyan telekanallar görəsən Parisdə olan bu hadisəni niyə işıqlandırmır? Axı onların bu olayı görməsi üçün Fransaya xüsusi müxbir ezam etmələrinə ehtiyac yoxdur, çünki bu hadisə onların hər birinin gözü önündə baş verib. Ancaq vermirlər, görmürlər, danışmırlar. Çünki Avropa mediası olanları deyil, sadəcə onlara deyilənləri yazır. Bəzi həmyerlilərimizin ideal saydığı Avropa mediası, beynəlxalq təşkilatlar, hüquq müdafiəçilərinin əsl siması budur. Onları Azərbaycan deyil, Azərbaycan əleyhinə olan hər şey maraqlandırır...
Əslində, bu qurumların bizə qarşı mövqeyi çoxdan ortadadır. Bir müddət öncə İsmayıllı hadisələrinə “üsyan” adı verib, İsmayıllı icra başçısınının istefaya göndərilməsi xəbərini yaymayan, Gülər Əhmədovanın videosunu verib, onun həbsinə yer ayırmayan, müxalifətin icazəsiz aksiyasını “şərhsiz” verib, bunun qanunsuz olduğunu deməyən də elə Avropa mediası idi. Bu gün üçün Avropa mediasında, mətbuatında jurnalistika prinsipləri “vəhşicəsinə qətl edilir”. Bu onu göstərir ki, Avropa üçün obyektivlik anlayışı yoxdur, onların sadəcə öz maraqları var. Sonda qeyd edim ki, Fransada yaşanan bu olay həm də Azərbaycanın dünyada qazandığı imicin, apardığı təbliğatın nəticəsidir. “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın dörd bir yerində keçirilən aksiyalar, tədbirlər erməniləri qıcıqlandırıb, belə vəhşilik etmək həddinə çatdırıb. Çünki son 1 həftədə ermənilərin yaşadığı bütün ölkələrdə “Justice for Khojaly” şüarı ilə aksiyalar keçirildi. Bu günlərdə sanki həmyerlilərimiz “Xocalıya ədalət” üçün yaxşı mənada rəqabətə girmişdilər. Ermənilər də bu təbliğata təcavüzkarlıqla, vəhşiliklə, qəddarlıqla cavab verdilər, bir daha sübut etdilər ki, faşist təfəkkürlü millətdirlər. Bu işdə ermənilərdən heç də geri qalmayan fransızlar da papaqlarını qabağa qoyub düşünsələr yaxşı olar. Çünki bu günkü hərəkətlər, zorakılıq “xoruzlar ölkəsini” uçuruma aparır, onları “erməniləşdirir”. Bu vəhşiliyə susanlar da əmin olsun ki, çox qısa zamanda növbə onlara da gələcək. Ancaq o vaxt gec olacaq.