Ermənistan Aİ-dən üçüncü yardım paketi istəyib

Ermənistan Aİ-dən üçüncü yardım paketi istəyib
DÜNYA
12:48 23.03.2026
139
Ermənistan Avropa Sülh Fondu çərçivəsində ölkəyə üçüncü yardım paketinin ayrılması üçün müraciət edib.

Bu barədə məlumatı həmin ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında danışıb. 

Qeyd edək ki, Avropa Sülh Fondu 2024-cü ildə Ermənistan Silahlı Qüvvələrinin texniki potensialını gücləndirmək məqsədilə ölkəyə 10 milyon avro vəsait ayırıb. 20 milyon avro təşkil edən ikinci paket isə 2026-cı ilin yanvarında təqdim edilib.
OXŞAR XƏBƏRLƏR