Ermənistan ancaq öz işini çətinə salır - Cəbhədə gərginlik qalır

Ermənistan ancaq öz işini çətinə salır - Cəbhədə gərginlik qalır
SOSİAL
20:59 26.02.2017
10269

 

Cəbhə xəttində son iki gündə Ermənistan silahlı qüvvələri irimiqyaslı təxribatlar törədib. Ötən sutka ərzində düşmən ordusu 60, 82 millimetrlik minaatanlardan, eləcə də D-44 topundan istifadə etməklə atəşkəs rejimini 117 dəfə pozub. Ermənistan ordusunun cəbhədə aktivliyinin artmasına rəsmi Bakıdan cavab gecikməyib. Hərbi ekspertlər də mövcud vəziyyəti "Xəzər Xəbər"ə şərh ediblər.

Ermənistan bu cür təcavüzkar meyllərlə ancaq öz işini çətinə salır və başlayacaq müharibənin bütün məsuliyyəti rəsmi Yerevanın üzərində olacaq. Bu sözlərlə Xarici İşlər Nazirinin müavini Xələf Xələfov çıxış edib.

Cəbhədə baş verən son gərginliyi şərh edən sabiq korpus komandiri polkovnik Şair Ramaldanov Ermənistan ordusunun ötən ilin aprel ayında itirdiyi əraziləri geri qaytarmaq üçün atdığı bütün addımların, o cümlədən son iki gündəki təcavüzkar addımlarının boşa çıxdığına diqqət çəkib. Şair Ramaldanov bunun Ermənistan ordusunun artıq Azərbaycan ordusunun qarşısında duracaq gücdə olmadığının sübutu olduğunu vurğulayıb.

 

Şair Ramaldanovun sözlərinə görə Ermənistan rəhbərliyi öz hakimiyyətinin vaxtını uzatmaq üçün hətta Qarabağda savaş versiyasını da həyata keçirə bilər. Sabiq korpus komandiri bu addımın Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bitəcəyinə əmin olduğunu bildirib.

Onu da qeyd edək ki, Ermənistan ordusu son iki gün ərzində bütün cəbhəboyu irimiqyaslı təxribatlar törədib və hücuma keçməyə cəhd göstərib. Lakin Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində düşmən xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

///xezerxeber.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib