Ermənistan AŞPA-dan uzaqlaşdırılır

DÜNYA
13:29 26.06.2015
1297
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Anna Brasser son günlər Ermənistanda baş verən hadisələrdən dərin narahatlığını bildirib.ANS PRESS-in məlumatına görə, o, verdiyi açıqlamada bildirib ki, Ermənistanda etiraz edənlərə qarşı sərt davranış yolverilməzdir və bu, hərəkətlər narahatlıq doğurur.A.Brasser deyib: "Mən İrəvanda baş verənlərdən çox narahatam. Mən hadisələr barədə bütün informasiyanı KİV-lərdən alıram. Bütün tərəfləri sakitliyə çağırıram. Bir daha xatırladıram ki, bütün hərəkətlər Avropa Şurasının standartlarına ciddi şəkildə uyğun olmalıdır".AŞPA sədri Ermənistandakı nümayəndəsi ilə söhbət etmək imkanı olduğunu, İrəvanda insan azadlıqlarının pozulması ilə bağlı məlumat aldığını söyləyib və bunun gələcəkdə Ermənistanın AŞPA-da qalıb-qalmayacağına təsir edəcəyini diqqətə çatdırıb.Xatırladaq, İrəvanın mərkəzi Bağramyan prospektində vətəndaşların oturaq piketi davam edir. Onlar elektrik enerjisi tariflərinin artımına qarşı "Soyğuna Yox", "Talan yox" deyirlər. Etirazçılar vurğulayırlar ki, iyunun 19-da başlamış aksiya sosial xarakter daşıyır.
OXŞAR XƏBƏRLƏR