"Ermənistan-Azərbaycan sülh müqaviləsi uzunmüddətli, davamlı həll yollarına əsaslanmalıdır”.
AZXEBER.COM xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, tərəflər davamlı sülhün necə təmin olunmasının zəruriliyini başa düşürlər: "Rusiya dinc dialoqu dəstəkləyir. Rusiya təmas nöqtələrini tapmağa, tərəflərə uyğun olan razılaşmalara və kompromislərə kömək edir”.
M.Qaluzin bildirib ki, üçtərəfli bəyanatlar Bakı ilə İrəvan arasında normallaşma üçün yol xəritəsidir.