'Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır'

16:15 09.02.2013
940

APA-nın xəbərinə görə, Avropa Azərbaycan Cəmiyyətinin bununla bağlı sualını cavablandıran F.Han qeyd edib ki, BMT öz qətnamələrində Dağlıq Qarabağın statusuna aydınlıq gətirib: “İşğal beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır. Yalnız işğala son qoymaqla iki ölkə arasında sülhə nail olmaq olar. Sülh prosesinə mane olmaq üçün edilən bütün təxribatlardan qaçmaq lazımdır. Lakin Xocalı aeroportunun yenidən açılışı və ya buna istiqamətlənmiş cəhdlər əks effekt yaradacaq. Bütün şərtlərə görə Azərbaycanın hava məkanının bütövlüyü təmin edilməlidir”. 

Almaniyalı deputat bildirib ki, ərazi bütövlüyü hər bir dövlət üçün əsas prinsipidir: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu, BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrində bəyan edilib. Ona görə də Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan yaratmalıdır”. 

Azərbaycan və Almaniyanın tərəfdaş dövlətlər olduğunu vurğulayan F.Han deyib ki, Azərbaycan regiondakı sabitlikdə vacib rol oynayır: “Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həlli ən vacib məsələdir. Almaniya sülhə nail olmaq üçün bu məsələ ilə məşğul olur. Biz BMT və ATƏT çərçivəsində əməkdaşlığımıza xüsusilə etibar edirik”.

OXŞAR XƏBƏRLƏR