Ermənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açacaq

Ermənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açacaq
SİYASƏT
16:37 18.08.2022
658
Ermənistan hökumətinin hüquqi aktlar üçün vahid saytında Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açılması barədə layihə yerləşdirilib.
 
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, layihə Azərbaycan-Ermənistan dövlət sərhədində 3 nəzarət-buraxılış məntəqəsinin açılmasını nəzərdə tutur.
Bunlar Kəlbəcər rayonu ilə sərhəddə "Zod”, Sədərək rayonu ilə sərhəddə "Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə "Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq.
OXŞAR XƏBƏRLƏR