"Ermənistan Bişkekə gəlməməklə sülhün əleyhinə olduğunu bir daha sübut etdi" - RƏY

"Ermənistan Bişkekə gəlməməklə sülhün əleyhinə olduğunu bir daha sübut etdi" - RƏY
SİYASƏT
13:33 13.10.2023
297
Xəbər verdiyimiz kimi, oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstana səfər edib.

Səfər çərçivəsində ötən gün Azərbaycan Prezidenti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü baş tutub.
 
Bu gün isə MDB liderlərinin geniştərkibli görüşü keçiriləcək. 
 
Bişkek toplantısından gözləntilər nədir?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a şərh verən politoloq İlyas Hüseynov deyib ki, Qərb Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında qəti iştirak etmir:
 

 

"Prezident İlham Əliyev Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə MDB Dövlət Başçılarının toplantısında iştirak edir. Bu görüşdə gözlənilirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edəcək. Lakin Paşinyan "işlərinin çoxluğundan" istifadə edərək toplantıya qatılmadı. Əlbəttə ki, Nikol Paşinyan üçün Qərb müstəvisində təmasların keçirilməsi daha uyğundur. O çalışır ki, Qərbdə onun arxasında duran qüvvələr Ermənistan üçün daha uyğun şərtlərlə danışıqların gedişini formalaşdırsınlar. Lakin təbii ki, təkcə Qərb Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında iştirak etmir. Burada Rusiya amili də nəzərə alınmalıdır".
 
Siyasi şərhçi hesab edir ki, Bişkek görüşü Azərbaycanın bir daha sülhə sadiq olduğunu əyani sübut etdi:
 
"MDB-də Rusiya aparıcı və əsas güc hesab edilir. Məhz bu səbəbdən görüş reallaşmadı. Digər tərəfdən, bu, Azərbaycan üçün də çox yaxşı bir fürsətdir ki, MDB müstəvisində əməkdaşlığın gücləndirilməsinə nail olsun və danışıqlarla siyasi, iqtisadi, humanitar və s. əlaqələr daha da möhkəmləndirilsin. Düşünürəm ki, Azərbaycan tərəfi bu istəyə nail oldu. Əməkdaşlığın müxtəlif sahələrinin inkişaf etdirilməsi turizm, kənd təsərrüfatı, müasir texnologiyalar istiqamətində də müəyyən irəliləyişə nail olmaq mümkündür. Eyni zamanda, Azərbaycan Prezidentinin Rusiya lideri ilə görüşü baş tutdu və burada geosiyasi və təhlükəsizlik məsələləri də müzakirə olundu. Biz görürük ki, sülhməramlıların müşahidə məntəqələri artıq ləğv olunur. Sülhməramlıların gələcəyi regional təhlükəsizlik məsələlərinin müxtəlif aspektlərdən müzakirəsi də bu görüşdə keçirilib. Azərbaycan yenidən sülhə sadiq olduğunu və sülhə maraqlı olduğunu nümayiş etdirsə də, Ermənistan bu görüşdə iştirak etməməklə sülhün əleyhinə olduğunu bir daha sübut etdi".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR