Ermənistan dezinformasiya yayıb

Ermənistan dezinformasiya yayıb
SİYASƏT
09:04 24.04.2025
133
Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır. 
Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır”.
OXŞAR XƏBƏRLƏR