‘Ermənistan dünya xəritəsində yoxdur’ - Erməni politoloq

DÜNYA
13:55 08.07.2013
1869

Erməni politoloq Aleksandr İskandaryan iyulun 8-də keçirtdiyi mətbuat konfransında Rusiyanın Ermənistan üçün daha böyük təhlükəsizlik tədbirləri görməli olduğunu bildirib.

AZXEBER.COM-un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Qafqaz institutnun direktoru İskandaryan Rusiyanın Ermənistanla bağlı münasibətində dəyişiklik etməli olduğunu söyləyib:

“Bölgədə Rusiya Ermənistanın “təhlükəsizlik çətir”ini fərqli formada təşkil etməlidir. Əvvəllər silahlarla bunu edirdilər, amma artıq bu siyasət geridə qalmalıdır”.

Erməni politoloq daha sonra Ermənistanın hazırki taleyinin Rusiyadan asılı olduğunu əlavə edib:

“Ermənistan dünya xəritəsində yoxdur. Bizim taleyimizi Rusiya həll edir. Ermənistan eyni zamanda bölgədə nə Gürcüstanı, nə də Azərbaycanı əvəz edə bilməz”.

OXŞAR XƏBƏRLƏR