Ermənistan futbolda Azərbaycana rəqib oldu

Ermənistan futbolda Azərbaycana rəqib oldu
16:53 29.03.2013
2175

Ermənistan Futbol Federasiyası (EFF) 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin oyununu qəbul etmək üçün namizədliyini irəli sürəcək. Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda EFF-nin prezidenti Ruben Ayrapetyan məlumat verib. O bildirib ki, yaxın illərdə İrəvandakı “Razdan” yenidən qurulmağa başlayacaq.

“Ermənistan prezidenti yaxın beş ildə qarşımıza “Razdan” stadionunu yenidən qurmaq və onu Avropadakı ən yaxşı arenalardan birinə çevirmək vəzifəsi qoyub” – deyə o qeyd edib.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, “Avro-2020” ilk dəfə olaraq qitənin 13 müxtəlif şəhərində keçiriləcək. Oyunları qəbul edəcək namizəd şəhərlər arasında Azərbaycanın paytaxtı Bakı da var.

//qol.az

OXŞAR XƏBƏRLƏR