Ermənistan ordusunun hərbçisi yaralanıb.
AZXEBER.COM "news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə Ermənistanın Tavuş vilayətinin Berd rayonunun Paravakar kəndində baş verib.
41 yaşlı Artur Mayranyan qolundan və bel nahiyəsindən güllə yarası alıb. Müddətdən artıq xidmət edən A. Mayranyanın çiyin sümükləri qırılıb. O, əməliyyat olunmaq üçün İrəvana aparılıb.