Ermənistan hərbi kəşfiyyatının sabiq rəhbəri həbs edildi

Ermənistan hərbi kəşfiyyatının sabiq rəhbəri həbs edildi
DÜNYA
22:52 17.12.2022
284
Ermənistanda ikinci ordu korpusunun keçmiş komandiri, Ermənistan Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arayik Arutyunyan həbs edilib.

AZXEBER.COM-un oxu.az-a istinadla məlumatına görə, bu barədə "Sputnik” Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla xəbər verib.

Nəşrin məlumatına görə, hərbi kəşfiyyatın keçmiş rəhbəri dekabrın 15-də həbs edilib. O da vurğulanır ki, cinayət işi ilə bağlı dekabrın 14-də xəbər verilib, lakin prokurorluğun rəsmi məlumatında təqsirləndirilən şəxsin adı, eləcə də vəzifəsi göstərilməyib.
OXŞAR XƏBƏRLƏR