Ermənistan ABŞ-lə birgə hərbi təlim keçirəcək.
AZXEBER.COM Ermənistan KİV-nə istinadən xəbər verir ki, avqustun 12-dən 20-dək Ermənistanda "Qartal tərəfdaşı 2025” adlı Ermənistan-ABŞ birgə təlimi keçiriləcək.
Təlimdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti, ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadası və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcəklər.
Təlimdə əsas diqqət tibbi evakuasiya prosedurlarına xüsusi diqqət yetirilməklə sülhməramlı əməliyyatların hazırlanması və icrasına yönəldiləcək.