Ermənistan hökuməti cümə axşamı keçirdiyi iclasında Ermənistanın “Dağlıq Qarabağ Respublikasının tanınması” haqqında qanun layihəsini dəstəkləyib.
Nazirlər kabinetinin qərarında qeyd olunur ki, qanun layihəsi “Ermənistan və Qarabağ nümayəndələri arasında müzakirələr nəticəsi olaraq gələcəkdə baş verə biləcək proseslər, o cümlədən, xarici faktorlarla şərtləşdirilir“.
Müxalif “İrs” parlament fraksiyasının nümayəndəsi Zaruhi Postancyan və Erməni Milli Konqresi fraksiyasının üzvü, sabiq baş nazir Hrant Baqratyanın təşəbbüsü ilə gündəmə gətirilən qanun layihəsinə görə, “Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasının tanıniyir”.
Qanun layihəsi Ermənistan Milli Məclisinin mayın 10-da keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq. // BBC Azərbaycan