Ermənistan hökuməti: Onik Qasparyan Baş Qərargah rəisi deyil

Ermənistan hökuməti: Onik Qasparyan Baş Qərargah rəisi deyil
SİYASƏT
12:07 18.03.2021
456
Ermənistan Nazirlər Kabineti general-polkovnik Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində saxlanılmasına dair məhkəmə qərarına münasibət bildirib.

Nazirlər Kabineti bununla bağlı açıqlama yayıb.

Hökumətdən bildirilib ki, O.Qasparyan Baş Qərargah rəisi vəzifəsindən azad olunub.

"Nazirlər Kabineti Konstitusiyaya istinad edir və Əsas qanunun müddəaları ilə etibarlı sayılan aktlarda dəyişiklik edilməsinin nəzərdə tutulmadığını bildirir”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, fevralın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı əsasında ölkə prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb. Buna səbəb onun baş nazir N.Paşinyanın İkinci Qarabağ müharibəsi dövründə ermənilərin Azərbaycan ərazilərinə atdıqları "İsgəndər” raketlərinin yalnız 10 faizinin partlaması ilə bağlı səsləndirdiyi fikirlərə lağ etməsi göstərilir. Belə ki, T.Xaçatryan jurnalistin "İskəndər” raketlərinin 10 faizinin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: "Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş? ... 10 faiz?... Bağışlayın, amma bu qeyri-ciddidir”.

Müdafiə Nazirliyi bundan bir neçə saat sonra geniş bəyanat yayaraq iddia edib ki, T.Xaçatryanın sözləri "təhrif olunub”.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik O.Qasparyan müavinin işdən çıxarılmasına etiraz edib. Fevralın 25-də Baş Qərargah baş nazir N.Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Sənədi O.Qasparyan və 40-dan yüksək rütbəli hərbçi imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da olub.

Elə həmin gün N.Paşinyan O.Qasparyanın istefaya göndərilməsi ilə bağlı ölkə prezidenti Armen Sarkisyana təqdimat göndərib. Lakin dövlət başçısı təqdimatı etirazla birlikdə baş nazirə qaytarıb. N.Paşinyan geri çəkilməyib və Baş Qərargah rəisinin vəzifədən azad olunması üçün ikinci dəfə prezidentə təqdimatla müraciət edib. A.Sarkisyan bu dəfə də qərarı imzalamayıb və geri göndərib. Hökumət başçısı O.Qasparyanın işdən çıxarılması üçün üçüncü dəfə dövlət başçısına təqdimat verib. Prezident baş nazirin təqdimatını bu dəfə də imzalamayaraq Konstitusiya Məhkəməsinə müraciət edib.

Eyni zamanda, O.Qasparyan baş nazirin təqdimatı ilə bağlı İnzibati Məhkəməyə şikayət edib.

Martın 10-da isə Ermənistanın baş naziri Nikol Paşinyan general-leytenant Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunması təklifi ilə prezident Armen Sarkisyana müraciət edib. Amma dövlət başçısı təyinatla bağlı təqdimatı imzalamayıb.

Martın 18-də Ermənistanın İnzibati Məhkəməsi baş nazir Nikol Paşinyanın vəzifədən azad etdiyi Silahlı Qüvvələrin Baş Qərargahının rəisi general-polkovnik Onik Qasparyanla bağlı qərarını açıqlayıb. Qərara əsasən, O.Qasparyan Baş Qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər