13:40 Bazar Ertəsi, 16 Dekabr 2019
DÜNYA

Ermənistan hökumətində böhran - Nazirlər istefa vermək istəyir

13:24, 11.09.20194544
Ermənistan hökumətində böhran - Nazirlər istefa vermək istəyir

Sentyabrın 10-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan istefası üçün Baş nazir Nikol Paşinyana müraciət edib.

"Hraparak” nəşrinin məlumatına görə, ölkə rəsmiləri bu xəbəri təkzib etməyə çalışıblar.

Lakin hökumətdən nəşrə bildiriblər ki, nəinki Artur Vanetsyan, hakimiyyətin digər üzvləri də istefa üçün mütəmadi olaraq ərizə yazırlar.

Ərizə yazanlar içərisində həm Baş nazirin müavinləri, həm də nazirlər var.

Bildirilib ki, Nikol Paşinyanla işləmək asan deyil. Çünki N.Paşinyan qərəzli və qəzəblidir.

XƏBƏR LENTİ