"Ermənistanın ən böyük istəyi odur ki, o, yenidən dəmir yumruq görsün. Ermənistanın başlıca istəyi budur".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov erməni təxribatlarına münasibət bildirərkən deyib:
"Brüsseldə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü gözlənilir, digər tərəfdən Moskva da bu məsələlərdə çox aktiv iştirak edir. Sərhədlərin delimitasiyası prosesinin sürətləndirilməsini dilə gətirir. Baş nazirlərin müavinləri səviyyəsində görüşləri üçün işçi qrupu yaradılıb. Digər tərəfdən prosləri ləngitməyə çalışan xarici qüvvələr var, Ermənistanın özündə də siyasi stabillik əvvəl olduğu kimi gərgindir. Bundan başqa Paşinyan özü də prosesə tam nəzarət edə bilmir.

Sual olunur ki, Ermənistan yenə də təxribatlara əl atmaqla nəyə nail olmaq istəyir? Ermənistanın ən böyük istəyi odur ki, o, yenidən dəmir yumruq görsün. Ermənistanın başlıca istəyi budur. Ermənistan tərəfindən vəziyyətin gərginləşməsi, sərhəddəki təxribatlar deməyə əsas verir ki, onlar dəmir yumruq görmək istəyir. Onlar istəyir ki, dəmir yumruq onların belini qırsın".
Aydın Nuri