”Ermənistan Kreml üçün önəmini itirib”

”Ermənistan Kreml üçün önəmini itirib”
SİYASƏT
01:43 24.04.2016
1327

Taleh Şahsuvarlı: “Lavrovun İrəvana səfəri göstərdi ki…”

“Lavrovun İrəvanda verdiyi açıqlamalar Ermənistanda artan anti-Rusiya ovqatını yumşaltmaq üçündür. Bu açıqlamaların böyük bir qismini təbii saymaq və ciddiyə almamaq lazımdır”- bu sözləri müxbirimizlə söhbətində sosioloq Taleh Şahsuvarlı deyib. 

Onun fikrincə, məsələnin kökünə varmaq üçün Ermənistanda anti-Rusiya ovqatının niyə güclənməsi, Lavrovun İrəvana gəldiyi günlərdə Kreml əleyhinə nədən aksiyalar keçirilməsi kimi suallara cavab tapmaq lazımdır: “Yaxın aylarda Ukrayna və Gürcüstanın NATO ilə asossiativ saziş imzalayacağı gözlənilir. O da bəllidir ki, NATO dövləti olan Türkiyə ilə də Rusiyanən münasibətləri gərgindir. Bu sazişdən sonra NATO faktiki olaraq Qara dənizdə hakim mövqe əldə edəcək və Rusiyanı sıxışdıracaq. Vəziyyət bu şəkil aldığından Rusiyanın Azərbaycana marağı istər-istəməz artıb. Çünki Azərbaycan həm Türkiyə ilə yaxın müttəfiqdir, həm də GUAM formatında açar dövlətdir. İstisadi, siyasi, hərbi gücümüzə görə heç bir halda Ermənistanla müqayisə oluna bilmərik, qat-qat üstünük. Azərbaycanın yerləşdiyi geopolitik bölgənin əhəmiyyətini də nəzərə alanda Rusiyada Ermənistanı qurban verməyə meyl yaranır ”.

Taleh Şahsuvarlının sözlərinə görə, indi həm Ermənistanın siyasi elitası, həm də ekspertlər çox ciddi depressiya içindədir və Lavrovun bağlı qapılar arxasındakı danışıqları bu depressiyasını daha da gücləndirəcək kimi görünür: “Azərbaycan ordusu aprelin əvvəlində çox peşəkar səviyyədə dörd günlük əks-həmlə əməliyyatları apardı. Bu əməliyyatlar Ermənistandakı “patriotik pafosu” darmadağın etdi, Sərkisyan rejiminin, obrazlı desək, dişini çəkdi. Ermənistan başa düşdü ki, Azərbaycan təkcə iqtisadi yox, həmçinin diplomatik baxımdan onu təcrid edib, hərbi bazalarına güvəndiyi, for-postu olduqları Rusiya üçün də əhəmiyyətlərini itiriblər. İndi “Dörd günlük savaş” informasiya müstəvisində və diplomatik masalarda davam edir, Ermənistan hər baxımdan nokaut vəziyyətdədir”.

Onun fikrincə, Rusiya öz for-postunu istədiyi an, istədiyi yerə yönləndirə bilir:”Ermənistanın siyasi elitasında bu günə qədər heç bir qüvvə Rusiyanın qorxusundan Qarabağla bağlı “güzəştsiz” mövqe tutacağını bəyan edə bilməyib. Bunun qarşılığında Paruyr Ayrikyan Rusiyanı “əclaf” adlandırıb. Bu həmin Ayrikyandır ki, dəfələrlə prezidentliyə namizəd olub və 2013-cü ildə çiynindən güllələnib. Əgər Ayrikyan və ya başqa biriləri prosesləri fərqli yönə çəkmək istəyərsə, keçən dəfə çiyninə dəyən güllənin bu dəfə alnına açılacağı istisna deyil- Ermənistan demokratik dövlət olmadığından orada siyasi münasibətlərin silah, terror vasitəsi ilə çözüldüyü kimsəyə sirr deyil. Eyni zamanda Ayrikyan İrəvan ermənilərinin təmsilçisidir və onunla “Qarabağ klanı” arasında , belə demək olarsa, zümrəvi düşmənçilik var”.

Taleh Şahsuvarlı diqqəti Sərkisyanın Xankəndinə səfərinə çəkir: “Bu səfər əvvəlkilərdən çox fərqlənirdi. Depressiyaya uğramış Sərkisyanın aprelin əvvəlində məğlub edilmiş hərbi birləşmənin zabitlərinə və əsgərlərinə təsəlli medalları verməsi effektsiz gedişlər idi. Sarkisyan Xankəndinə hərbi xuntanın müdafiə gücünü hesablamağa gəlmişdi və Qarabağdan son dərəcə məyus qayıdıb. Çünki əsl gerçəkliyi başa düşmək zorunda qaldı. Gerçəklik isə budur ki, ermənilərin istehkam-müdafiə səngərləri ilə bağlı inandığı miflər apreldə dağıldı. Azərbaycan ordusunun peşəkar şəxsi heyətinin, müasir silahlarının və qələbə əzminin qarşısında yesir, qida və texniki vasitələr baxımından qıtlıq çəkən erməni əsgərləri səngərlərdən qaçmağa məhkumdur . Təsəvvür edin ki, erməni əsgərləri Qarabağda adi binokllarla belə təmin oluna bilmir. Fikir verin, Ermənistanda 2014-cü illə müqayisədə 2015-ci ildə hərbi xərclər 4,2 dəfə, polisin xərcləri 13.7 dəfə artıb. Bu o deməkdir ki, son zamanlara qədər hərbi xuntaya güvənən Sərkisyan son illərdə polisə etimad göstərir, ordu arxa plana keçib. Bu həm də o deməkdir ki, Ermənistanda Qarabağ erməniləri ilə “yerli”lər arasında qarşıdurma hər an kütləvi iğtişaşlara səbəb ola blər. Çünki polisdə daha çox “Qarabağ klanı”nın nümayəndələri təmsil olunur ki, onlara daha çox vəsait ayırmaqla yerli ermənilərin ağzı-burnu əzilir.”

“Bəs, Azərbaycanın diplomatik mövqeyi necə olacaq” sualına Taleh Şahsuvarlının cavabı belə olub: “Azərbaycanın xarici siyasəti “balanslı” deyil, çevik, rasional və ləyaqətli xarici siyasətdir. Ermənistandan fərqli olaraq Azərbaycan tam müstəqil dövlətdir, heç kimdən asılı deyil. Odur ki, heç bir beynəlxalq güc Azərbaycanla təzyiq üslubunda danışa bilmir, danışa bilməz. Açıq görünür ki, Rusiya Qarabağ danışıqlarında təşəbbüsü ələ alıb, Minsk qrupunun digər üzvləri arxa plandadır. Bu vəziyyətdə Azərbaycan maksimum çalışmalıdır ki, müstəqilliyinə xələl gətirmədən Rusiyanı Ermənistanın himayə etməkdən birdəfəlik çəkindirsin, ərazi bütövlüyümüzün bərpasına nail olsun. Bunun üçün zərurət və tarixi şərtlər mövcuddur”.

“Apreldəki əks-əməliyyat göstərdi ki, əgər Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe tutmağa davam edərsə və Azərbaycanın suverenliyi Qarabağda hərbi əməliyyatlar vasitəsi ilə bərpa olunarsa, o zaman Zəngəzurun da məsələsi gündəmə gələcək. Odur ki, Rusiyanın ən azı neytral qalacağı təqdirdə, Ermənistanın Azərbaycana qarşı ata biləcəyi heç bir addım yoxdur. İndi İrəvan ekspertləri qeyd edir ki, Ermənistan vəziyyətdən çıxmaq üçün “DQR”-in müstəqilliyini tanımalıdır. Yaxud informasiya savaşında vurğulanır ki, hərbi əməliyyatlar başlasa, Mingəçevir SES-inə zərbə endirilkəcək-filan. Bunların heç biri ciddi bəyanat, cəfəng hədələrdir. Ermənistan bunun cavabını da hər halda ehtimal edə bilir, İrəvan da daxil olmaqla, Ermənistanda daş üstdə daş qalmaz. Ümumiyyətlə, “DQR”-in tanınması Azərbaycanın Ermənistan Respublikası ərazində hərbi əməliyytatlar aparmasına zəmin yaradır. Düzdür, Ermənistanın Rusiya ilə bağlanmış müqavilələri var. Rusiya prezidenti Vladimir Putin də apreldə qeyd elədi ki, savaş Ermənistanın rəsmi sərhədlərinə keçməsə, Rusiya müdaxilə etməyəcək. Amma əgər beynəlxalq hüququn imperativləri əleyhinə Ermənistan “DQR”-i tanıyırsa, o zaman Rusiyanın da Ermənistanı müdafiə etməyə əsası olmayacaq”- T.Şahsuvarlı proseslə bağlı proqnozlarını açıqlayarkən belə deyib.

Onun fikrincə, indi Ermənistan Rusiya kimi Qərb üçün də “lazımsız yük”ə çevrilib: “Ermənistan təcrid vəziyyətdədir, Azərbaycan isə bütün regional və geopolitik layihələrdə Qafqazın əsas təmsilçisidir. Praqmatik Qərb bizim mövqeyimizlə hesablaşmağa daha çox həvəslidir, nəinki dilənçi Ermənistanın ah-zarına qulaq asmağa. Odur ki, istər diplomatik danışıqlarda, istərsə də hərbi əməliyyatlarda Qərbədən Ermənistana ciddi dəstək verilməsi məntiqli olmayacaq. Ancaq heç bir güc- istər ABŞ olsun, istər Rusiya, istər Fransa və başqaları- xarici siyasətini səmimiyyət və ədalət anlayışı üzərində qurmur. Bir müddət Ermənistanın başını sığallamaqla öz maraqlarını maksimum təmin etməyə çalışacaqlar. Ancaq zaman faktoru da artıq öz sözünü deyir. Qarabağla bağlı mövcud status-kvo çox davam etməyəcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
19:55 28.02.2025
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
19:42 28.02.2025
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
19:31 28.02.2025
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
19:18 28.02.2025
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
17:02 28.02.2025
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO