Ermənistan KTMT-yə maliyyə ayırmaqdan İMTİNA ETDİ

Ermənistan KTMT-yə maliyyə ayırmaqdan İMTİNA ETDİ
DÜNYA
17:38 31.03.2025
271

Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə təşkilatın maliyyələşdirilməsinə dair sazişi imzalamaqdan imtina etdiyini bildirib.

Bu barədə yerli mətbuat Ermənistan XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.


"Ermənistan tərəfi KTMT Katibliyinə "KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığını və müvafiq olaraq bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini rəsmən bildirib”, - deyə Ermənistan XİN-dən bildiriblər.

Nazirliyin məlumatına görə, KTMT-nin daxili prosedurlarına uyğun olaraq, təşkilatın illik büdcəsi haqqında məlumat ictimaiyyətə açıqlanmayacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini bəyan etmişdi ki, Ermənistan 2025-ci ilin sonuna qədər müvafiq rüsumları ödəməsə, KTMT-yə üzv ölkələr vəziyyətin inkişafı üçün müxtəlif ssenarilər nəzərdən keçirə bilər.
 
/unikal.az
OXŞAR XƏBƏRLƏR