Ermənistan MTX 1 ton kokainin müsadirə edilməsi ilə bağlı məlumat yayıb

Ermənistan MTX 1 ton kokainin müsadirə edilməsi ilə bağlı məlumat yayıb
DÜNYA
18:42 17.05.2023
223
Ermənistanda 1 ton kokain müsadirə olunub.

Bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Qeyd olunub ki, müsadirə olunan narkotik vasitənin ümumi dəyəri təxminən 250 milyon avro təşkil edir.

Məlumata əsasən müsadirə olunan kokain ölkəyə Ekvadordan meyvə idxal edən şirkət tərəfindən gətirilib.

Onların böyük hissəsi İtaliya və Gürcüstandan tranzitlə Ermənistana gəlib.

Bundan öncə İtaliya KİV-ləri yerli limanlardan birində 78 tonluq banan yükündə gizlədilmiş 2.7 ton kokainin müsadirə olunması barədə məlumat vermişdilər ki, bu da yük qaimələrinə əsasən Gürcüstan vasitəsilə Ekvadordan Ermənistana göndərilib. Həmin partiyanın ümumi dəyəri 800 milyon avro olaraq qiymətləndirilib.

Cinayət işi çərçivəsində bir sıra ekspertizalar təyin edilib, dindirmələr aparılıb, müxtəlif səlahiyyətli strukturlara sorğular göndərilib.
 
///APA
OXŞAR XƏBƏRLƏR