Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan öz "Facebook" səhifəsində guya Ordumuza məxsus tankın vurulması barədə həqiqəti əks etdirməyən məlumat yayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ordu.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumat növbəti dəfə Ermənistan müdafiə nazirliyi tərəfindən atılan spekulyativ addımdır.
"Ordumuz düşmənə layiqli cavab verir. Düşmən tərəfi bu cür saxta məlumatları yaymaqla özlərinin çoxsaylı zirehli texnika itkisini gizlətməyə çalışır. Azərbaycanın döyüş texnikaları düşmənin atəş məsafəsindən uzaq yerdə, onların çata bilmədiyi ərazidə yerləşir", - deyə V. Dərgahlı vurğulayıb.