Ermənistan Müdafiə Nazirliyi öldürülən hərbçilərdən birinin adını açıqlayıb

Ermənistan Müdafiə Nazirliyi öldürülən hərbçilərdən birinin adını açıqlayıb
SİYASƏT
22:48 16.11.2021
598
Ermənistan Müdafiə Nazirliyi bu gün döyüşlərdə öldürülən hərbçilərdən birinin adını açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Merujan Arturi Harutyunyan adlı hərbçi müqaviləli əsgər olub. Müdafiə Nazirliyi bildirib ki, hazırda yalnız bir qurbanla bağlı təsdiqlənmiş məlumatlar var. Yaralıların sayı da araşdırılır. 12 hərbçinin isə əsir düşdüyü iddia olunur.

Xatırladaq ki, bir müddət əvvəl deputat Eduard Ağacanyan bildirmişdi ki, ilkin məlumatlara görə 15 erməni hərbçisi ölüb.
OXŞAR XƏBƏRLƏR