Ermənistan Müdafiə Nazirliyində “təmizləmə” əməliyyatı başlayır

Ermənistan Müdafiə Nazirliyində “təmizləmə” əməliyyatı başlayır
DÜNYA
13:40 04.08.2020
956
Ermənistan Müdafiə Nazirliyinin daxilində böyük kadr dəyişikliyi dalğası gözlənilir.
 
Bu barədə "Joxovurd” nəşri yazıb. Məlumatda qeyd edilib ki, proses artıq başlayıb və davamlı olacaq. "İndi nazirlikdə gözlənilən dəyişikliklərlə bağlı daxili müzakirələr aparılır. Öyrəndik ki, hərbçilərin sosial müdafiəsi şöbəsinin müdiri Serj Aruşanyan vəzifəsindən azad edilib, bu vəzifəyə Ermənistan Müdafiə Nazirliyinin İnsan hüquqları və davranış mərkəzinin şöbə müdiri Alik Avetisyan təyin edilib.
 
Ancaq şöbədəki daxili proseslər bununla bitməyəcək, yaxın gələcəkdə yeni dəyişikliklərin və yenidən qurulmaların şahidi olacağıq", - deyə qəzet yazıb. /// azvision.az
OXŞAR XƏBƏRLƏR