"Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi"

"Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi"
SİYASƏT
09:41 06.11.2023
151
27 sentyabr 2020-ci il tarixində başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Şuşa da daxil olmaqla, 30 ilə yaxın işğal altında olan ərazilərini geri qaytardı. Noyabr ayının onunadək davam edən haqq savaşında böyük siyasətçi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə qazandı. Düşmən böyük itki ilə silahları ataraq qacmağa məcbur oldu. 

Müharibə vaxtı Ermənistan hərbi birləşmələrində 10 minə yaxın fərari aşkarlanıb. Azərbaycan ordusunda isə bir nəfər belə fərari olmayıb. Əsgər və zabitlərimiz sinəsini vətənə sipər edərək daim irəliləyib.

İgid əsgərlərimiz eyni zamanda təcavüzkar düşmənin xeyli sayda hərbi texnikasını qənimət kimi ələ keçirərək Bakıya - "Hərbi Qənimətlər Parkı”na gətiriblər.
Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışında deyib: "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”.
Müharibə başlayan andan xalq Prezidentin ətrafında bir yumruq kimi birləşdi. Yaşından, hətta səhhətindən asılı olmayaraq hər kəs vətəni qorumağa hazır idi. 

Azərbaycan öz gücünü 44 gün ərzində bütün dünyaya göstərdi. Ordumuz təcavüzkar Ermənistanın öz ordusu barədə yaratdığı mifi bir neçə gün ərzində darmadağın etdi.
Müharibə dövründə hətta bir sıra ölkələr ədalətli müharibə aparan ölkəmizə sanksiyalar tətbiq olunmasını gündəmə gətirmişdi. Lakin Azərbaycana dost, qardaş olan ölkələr, eyni zamanda Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin səyləri nəticəsində bu kimi qərəzli cəhdlərin qarşısı alındı.

Azərbaycan öz tarixi torpaqlarını öz gücü ilə haqq savaşında geri aldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. 

Bu Zəfər yolunda Azərbaycana dəstək olan bir sıra ölkələr oldu. Onlardan biri də qardaş Türkiyədir. Türkiyə müharibənin ilk saatlarından Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Dünya iştimaiyyəti Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi haqqında ən doğru və düzgün məlumatı Türkiyə mediası tərəfindən öyrəndi. Və sona qədər – Qələbə Paradında da Türkiyə bizimlə oldu.

2020-ci il noyabr ayının 10-da Moskvada üçtərəfli Bəyanat imzalandı. Tarixi əhəmiyyəti olan üçtərəfli Bəyanatla müharibəyə və Ermənistanın ərazi iddiasına son qoyuldu. Ermənistan artıq məğlubiyyəti etiraf etdi, artıq  başqa yolu da yox idi. 

İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına  təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 il danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və "Böyük Ermənistan” planı fiaksiyaya uğradı. "Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı.
Prezident İlham Əliyev Azərbaycan xalqının birliyinin qələbə çalmağımızda böyük rolu olduğunu bildirərək vurğulayıb: "Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi.

Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konsepsiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri  birlik göstərdilər, qəhrəmanlıq  göstərdilər. Bu müharibə bir çox məsələlərə aydınlıq gətirdi”.
Bu gün artıq dünyanın bir çox hərbi məktəblərində, o cümlədən Amerika Birləşmiş Ştatları, Almaniya, Böyük Britaniya və bu kimi dövlətlərdə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsindəki əməliyyatları öyrədilir.

2021-ci il iyun ayının 15-də düşmən əsarətindən azad edilmiş Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır.
Tarixi Zəfərimizdən sonra ən böyük hadisələrdən biri də dövlət sərhədimizin yaradılması oldu. Sərhədin toxunulmazlığı dövlətin gücünü, qüdrətini təcəssüm etdirir. Bu məqsədlə də aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərində "Laçın” sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azərbaycanın legitim hüququ əsasında təsis edilmiş "Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi terrorçuların silahlanmasının qarşısını almaqla bərabər, ölkəmizə məxsus olan sərvətlərin talanaraq aparılmasına imkan vermir. Sərhəd rejimi qısa müddət ərzində öz uğurlu nəticəsini verməkdədir. Uzun illər həmvətənlərimizə qarşı kütləvi soyqırım cinayəti törətmiş Vaqif Xaçaturyan məhz "Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılmışdır”.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad  edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 il öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tarixi torpaqlarımıza dönməsini təmin edilməsi istiqamətində mühüm bir sənəddir. 

İşğal dövründə ərazilərimiz erməni vandalları tərəfindən dağıdılıb. Təbii sərvətlərimiz talan edilib. Tarixi abidələrimiz, məscidlərimiz məhv edilib. İqtisadiyyatımıza külli miqdarda zərər vurulub.

Müharibədən sonra azad edilmiş şəhər və kəndlərimizdə yenidənqurma, bərpa işləri başlayıb. Ərazilər minalardan təmizlənir. Yollar çəkilir, körpülər salınır, evlər, məktəblər, uşaq baxçaları, tibb məntəqələri tikilir. Abidələrimiz, məscidlərimiz bərba olunur. 30 il əvvəl ev-eşiklərindən ayaqyalın, gözüyaşlı didərgin düşmüş həmvətənlərimiz tədricən həsrətini çəkdikləri doğma yurd yerlərinə sevinclə qayıdırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İşğaldan azad edilmiş ərazilərə "Böyük qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradılır”.

Şəhla Ağbulud
"Abşeron” qəzetinin baş redaktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
17:02 28.02.2025
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
16:55 28.02.2025
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
16:48 28.02.2025
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
16:47 28.02.2025
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
16:42 28.02.2025
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı
16:35 28.02.2025
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı