'Ermənistan nə bir müttəfiq, nə də qonşu kimi proqnozlaşdırıla bilən ölkə olmadığını göstərdi'

SİYASƏT
13:05 13.08.2013
1417

Ermənistan nə bir müttəfiq, nə də qonşu kimi proqnozlaşdırıla bilən ölkə olmadığını nümayiş etdirdi.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.- Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə bağlı erməni mətbuatında yaranan müəyyən əsəbiliyi necə şərh edərdiniz?- Həm Ermənistanın özündə dərc olunan erməni KİV-ni, həm də diaspor mediasını günbəgün izləyən bir qurumun rəhbəri kimi deyə bilərəm ki, belə bir əsəbilik göz qabağındadır. Ümumiyyətlə, artıq neçə aydır ki, Ermənistanda ölkənin xarici siyasət vektorunun dəyişməsi ilə bağlı geniş müzakirələr gedir. Ermənilər xatırlayıblar ki, reallıqda müstəqil dövlət deyillər, indi isə düşünməyin və müstəqil xarici siyasət formalaşdırmağın əsl vaxtı çatıb. Lakin manevrin yoxluğunu şərtləndirən resurs çatışmazlığı səbəbindən, Ermənistanın xarici siyasət fəallığı istiqamətində atılan bütün addımlar yöndəmsiz və ətraflı düşünülməmiş görünür.Ermənistan rəhbərliyi 2013-cü ilin əvvəlindən Rusiya prezidentinin İrəvana səfər edə biləcəyini elan edirdi, lakin bu baş vermədi. Mahiyyət etibarı ilə İrəvanda Ermənistanın Avrasiya və Gömrük İttifaqlarına daxil olması məsələsindən başqa daha nəyi müzakirə etmək olar. İrəvanın Rusiya Federasiyası prezidentinin inişil xarici siyasətin prioriteti qismində elan olunan bu təşəbbüsünə cavabı ziddiyyətli oldu. Ermənistan yox deməyə çalışır, lakin bunu açıqcasına edə bilmir.Erməni-rus münasibətləri gündəliyinin digər məsələləri ilə bağlı Ermənistan prezidentini ora çağırmaqla Moskvada danışmaq olar. Ermənistan Statistika Xidmətinin son məlumatlarına görə, Rusiya ilə Ermənistan arasında ilin birinci yarısında mal dövriyyəsi təqribən yarımmilyard dollar təşkil edib ki, bunun da böyük hissəsini Rusiyadan ixrac təşkil edir.Ermənistanın problemləri dərinləşməkdədir və mahiyyət etibarı ilə buradan çıxış yoxdur. Avropa İttifaqı ilə Assosiasiya Müqaviləsinin imzalanması bütün problemlərin dərmanı deyil. Çünki bu müqavilədən gözlənilən imtiyaz Rusiyadan gələn təqribən 1,6 mlrd. dollar illik transfer axınından bir dəfə azdır. Bu ölkədə iqtisadi artım yalnız ötən il ilə müqayisədə qeydə alına bilər, çünki ölkə hələ 2008-ci ilədək olan göstəricilərini bərpa edə bilməyib. Ölkənin ÜDM-sı 10 milyard dollar qiymətləndirilir və prezident Serj Sarkisyanın yeganə çıxışı adambaşına düşən ÜDM-nın payını artırmaqdır – bu, sayı açıqlanan əhalinin yarısının ölkədə olmadığnı rəsmi olaraq etiraf etmək deməkdir (Rəsmi məlumatlara görə, Ermənistanda 3 milyon nəfər yaşayır). Bu şəkildə Serj Sarkisyanın əhali arasında istehzaya səbəb olan seçkiqabağı şüarına sadiq qalmaq olar – “İrəli, təminatlı Ermənistana doğru!”.Beləliklə, biz Ermənistanın müttəfiq, strateji tərəfdaş və adi qonşu kimi proqnozlaşdırıla bilməməsinin əsas səbəbini yoxsulluq və təcavüzkarlığın təşkil etməsi faktını təsdiq edə bilərik.Rusiya Federasiyasına proqnozlaşdırıla bilən qonşular lazımdır, proqnozlaşdırıla bilmək isə dövlətin zənginliyi və strateji maraqları ilə izah olunur.

OXŞAR XƏBƏRLƏR