Ermənistan Ombudsmanı Konstitusiya məhkəməsinə üz tutdu

DÜNYA
06:23 23.10.2021
232
Ermənistan Ombudsmanı Arman Tatoyan ölkə parlamentində akkreditə olunmuş jurnalistlərin fəaliyyətininn məhdudlaşdırılması ilə bağlı Konstitusiya məhkəməsinə müraciət edib. Tatoyan bu barədə öz "Facebook” səhifəsində yazıb. İnsan haqları müdafiəşisi bildirib ki, onun ərizəsində o cümlədən "Milli məclisin reqlamenti” konstituiya qanununun müddəalarına etiraz edilir.
 
AZXEBER.COM erməni mediasına istinadən xəbər verir ki, söhbət qanunvericilik, habelə hüquqi yəqinliyə əsaslanmayan ifadələr nəticəsində jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasının hüquqi baxımdan düzgün olub-olmamasından gedir. Ombudsamanın fikrincə, bu addım Konstitusiya ilə təmin edilən mövqe ifadəsi azadlığının, informasiya almaq hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxarır. Bu eyni zamanda beynəlxalq təcrübəyə və Ermənistanın götürdüyü beynəlxalq öhdəliklərə uyğun deyil.
 
Arman Tatoyan akkreditədən keçmiş jurnalistlərə münasibətdə tətbiq edilən təcrübənin hüquqi əsası olmadığını, qanunvericilik səviyyəsində təsdiqlənmədiyini və jurnalistlərin özü üçün gözlənilməz olduğunu deyib. Ombudsmanın ərizəsi konkret nümunələrlə, o cümlədən jurnalistlərə qarşı zor işlədilməsi faktaları ilə gücləndirilib. Müraciətdə habelə təhlükəsizlik əməkdaşlarının jurnalistlərə münasibətləri detallı şəkildə təhlil olunub.
 
- Milli məclisdə akkreditasiya olunmuş jurnalistin işi cinayətkarlıqla mübarizə nöqteyi-nəzərindən yox, konkret orqanın normal fəaliyyəti, peşəkar işə hörmət və jurnalistin işini əngəlləməmək nöqteyi-nəzərindən tənzimlənməlidir. İnsan haqları müdafiəçisi üçün Milli məclisin təhlükəsizliyinin təminatı əsas əhəmiyyət kəsb edir, amma jurnalistin işinin məhdudlaşdırılması təhlükəsizlik qaydaları ilə "maskalanmamalıdır”. Digər tərəfdən isə, jurnalistlər öz hüquqları, peşəkar fəaliyyətin məhdudiyyətləri, o cümlədən bu məhdudiyyətlərin dəqiq sərhədləri, xarakteri, məqsədləri və onlara əməl edilmədiyi hallarda bunun neqativ hüquqi nəticələri barədə lazımi səviyyədə məlumatlandırılmayıblar,- Arman Tatoyan müraciətində vurğulayıb.
Ermənistan ombudsmanının aparatından verilən məlumata görə Milli məclisin aparatı ilə müzakirələr aparalıb və bir sıra qanunvericilik aktlarına etiraz olaraq Konstitusiya məhkəməsinə müraciət edilib.

OXŞAR XƏBƏRLƏR