“Ermənistan ordan-burdan alınmış 5-6 dronla Azərbaycanla döyüşə bilməyəcək”- Deputat

“Ermənistan ordan-burdan alınmış 5-6 dronla Azərbaycanla döyüşə bilməyəcək”- Deputat
SOSİAL
15:31 11.05.2023
189
Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun 1 hərbçisi şəhid olub, 1-i yaralanıb. 

Ermənistanın növbəti təxribatı ilə bağlı Milli Məclisin deputatı Azər Badamov AZXEBER.COM-a açıqlama verib.
 
Deputat deyib ki, bu Ermənistanın son çırpıntılarıdır: "11 may səhər saatlarında Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atdı. Verilən məlumatlara görə, Ermənistan təxribatın əhatə dairəsini genişləndirmək məqsədilə dron kamikadze və minatanlardan atəş açır. Müzəffər ordumuz düşməni bütün cəhdlərin qarşısını uğurla alaraq ağır cavab atəşi ilə susdurur. Ermənistanın bu təxribata əl atmasının əsasında bir neçə məqsədin dayandığını düşünürəm. Bir neçə gün əvvəl ABŞ-da xarici işlər nazirlərinin görüşündə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət edəcək addımlarda mühüm irəlliləyiş olunmuşdu. Ermənistan küncə sıxılmış vəziyyətdədir. Onun ərazi iddiaları, o cümlədən Azərbaycanı ittiham edən yalançı çağırışları ABŞ-da qəbul olunmadı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına, o cümlədən işğal altında qalan 8 kəndi qaytaracağını bəyan etməyə məcbur edildi. Ermənistanın Azərbaycanla münasibətlərin normallaşması onların havadarlarının ürəyindən olmadı”.

Azər Badamov bildirib ki, Ermənistanın havadarları Cənubi Qafqaz regionunda gərginliyin davam etməsində maraqlıdır:

"Ona görə də razılaşmış danışıqların nəticələrini heçə endirməyə çalışır. 14 mayda Brüsseldə nəzərdə tutulmuş dövlət başçılarının görüşü və Moldovada nəzərdə tutulmuş görüşü mənasız etmək üçün Ermənistanın havadarlarının tapşırığı ilə bu təxribatlara əl atdığını hesab edirəm. Ermənistan bilir ki, ordan-burdan alınmış 5-6 dronla Azərbaycanla döyüşə bilməyəcək. Azərbaycan ordusu düşmənin bütün hücum cəhdlərini anında məhv edir. Amma bu təxribata əl atma cəhdlərin edilməsində Ermənistanın sülh danışıqlarını manipulyasiya etmək və sülh müqaviləsinin imzalanması ilə bağlı razılaşmaları pozmaq məqsədi daşıdığını hesab edirəm. Düşünürəm ki, Ermənistanın bu cəhdləri mənasızdır. Azərbaycanın məqsədi regionda sülh, sabitlik və əməkdaşlığın yaradılmasıdır. Ölkəmiz bunu istəməyən dairələrin arzularını ürəklərində saxlayacaq”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir