"Ermənistan ordusu yoxdur, dağılıb" - İlham Əliyev

"Ermənistan ordusu yoxdur, dağılıb" - İlham Əliyev
SİYASƏT
14:21 15.02.2021
1681
"Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb".

AZXEBER.COM xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra bildirib.

"Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın.

Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim", dövlət başçısı bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
01:36 10.10.2025
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
00:45 10.10.2025
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
00:04 10.10.2025
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
Gəncədə itkin düşən məktəbli tapılıb
23:47 09.10.2025
Gəncədə itkin düşən məktəbli tapılıb
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
23:44 09.10.2025
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
23:35 09.10.2025
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
23:29 09.10.2025
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
23:13 09.10.2025
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
22:57 09.10.2025
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
22:40 09.10.2025
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
22:28 09.10.2025
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
22:15 09.10.2025
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
21:55 09.10.2025
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
21:48 09.10.2025
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
21:46 09.10.2025
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
21:29 09.10.2025
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü